Cəbirə qüslu necə alınır?
Mьəllif: admin1
Tarix: 19-05-2018, 21:56
Cəbirə qüslu necə alınır?
Cəbirə qüslu cəbirə dəstəmazı kimidir.

Qüslün şərtləri

Dəstəmaz üçün deyilən şərtlər -suyun pak olması və digər şərtlər- qüsla da aiddir, lakin qüslda (dəstəmazdan fərqli olaraq) yuxarıdan aşağı istiqamətində və həmçinin bədən üzvlərinin ardıcıl olaraq yuyulması şərt deyil, buna əsasən qüsl edərkən fasilə salıb başqa bir işlə məşğul olmaq, sonra qaldığı yerdən qüslə davam etməyin eybi yoxdur.

Qüsl edən zaman lazımdır hər bir hissəni yuyarkən o hissə nəcisdirsə əvvəlcə onu suya çəksin (paklasın), amma qabaqcadan bədənin bütövlükdə pak olması vacib deyil (şərt deyil), buna əsasən (hər bir) üzv qüsldan qabaq pak edilərsə qüsl səhihdir, amma əgər bir üzv qüsldan qabaq nəcisdirsə və bir dəfə suya verməklə həm onu suya çəkmək istəyə və həm qüsl etmək istəyə, qüsl batildir.

Qüsl etmək üçün suyun bədənə yetişməsinin qarşısını alan hər hansı bir maneə aradan qaldırılmalıdır. Əgər maneənin get-məsinə əmin olmadan qüsl edərsə, qüsl batildir.

Qüslün (müxtəlif) hökmləri

Əgər qüsl əsnasında hədəsi-əsğər baş verə (məsələn, sidiyə gedə), qüslün səhih olmasına zərər gətirməz və lazım deyil qüslu əvvəldən başlasın, eləcə də onu davam etmək lazımdır, amma əgər bu qüsl cənabət qüslüdürsə, onda digər qüsllər kimi dəstəmaz üçün kifayət etmir, namazvə sair dəstəmaza bağlı olan əməllər üçün dəstəmaz almaq lazımdır.

Boynunda bir neçə qüsl olan şəxs onların hamısını birlikdə niyyət edib bir qüsl edə bilər; istər hamısı vacib qüsl olsun, istərsə də bəziləri vacib və bəziləri müstəhəb. Əgər onlardan biri cənabət qüsludursa, onun niyyətilə bir qüsl etsə digər qüsllar üçün də kifayət edər, baxmayaraq ki, hamısını birlikdə niyyət etmək (müstəhəb) ehtiyata uyğundur.

Cənabət qüslündən başqa qüsllər dəstəmaz üçün kifayət etmir.

Əgər bir şəxs qüsldan sonra onun batil olduğunu bilə, onunla qıldığı bütün namazların qəzasını qılmalıdır.

Əgər qüsl edib etməməsində şəkk edərsə, qüsl şərt olan əməllər üçün qüsl etməlidir, lakin o vaxta qədər qıldığı namazlar səhihdir. Amma əgər (qüslü edə və) onu səhih yerinə yetirib yetirməməsində şəkk edərsə, səhih yerinə yetirməsinə ehtimal verərsə və həmçinin qüsl zamanı qüslün səhih olmasında lazım olan əməllərdə diqqətli olarsa, şəkkinə etina etməməlidir (qüslü səhih hesab etməlidir).


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930