Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasındakı fərq nədən ibarətdir?
Mьəllif: admin1
Tarix: 5-12-2021, 22:31
Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasındakı fərq nədən ibarətdir?
İmam Xomeyni, Ayətullah Məkarim və Ayətullah Nuri: “Hər ikisində təyəmmüm eyni şəkildə yerinə yetirilir. Amma yaxşı olar ki, qüslü əvəz edən təyəmmümdə üz və əllərə məsh çəkdikdən sonra, əllər bir dəfə də yerə vurulsun və onunla sağ, sonra isə sol əlin üstünə məsh çəkilsin.”

(“Təliqətun ələl-urvə”, İmam Xomeyni və Ayətullah Nuri Həmədani, 1-ci cild, “təyəmmümün şərtləri, məsələ 18; “Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 701.)

Ayətullah Behcət, Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Safi və Ayətullah Vəhid: “Təyəmmümün qaydası hər ikisində eynidir. Amma yaxşı olar ki, hər ikisində üz və əllərə məsh çəkdikdən sonra, əllər bir dəfə də yerə vurulsun və onunla sağ, sonra isə sol əlin üstünə məsh çəkilsin.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 701; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 708.)

Ayətullah Xamenei: “Hər ikisində təyəmmüm eyni şəkildə yerinə yetirilir və vacib ehtiyata əsasən, hər ikisində üz və əllərə məsh çəkdikdən sonra, əllər bir dəfə də yerə vurulsun və onunla sağ, sonra isə sol əlin üstünə məsh çəkilsin.”

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 209.)

Ayətullah Fazil Lənkərani: “Hər ikisində təyəmmüm eyni şəkildə yerinə yetirilir, amma yaxşı olar ki, hər ikisində əllər üç dəfə yerə vurulsun. Belə ki, əllər iki dəfə ardıcıl şəkildə yerə vurulduqdan sonra alına çəkilir və bir dəfə də əllər yerə vurulur, sonra əllərin arxasına məsh çəkilir.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 701.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930