Küsən insanın namazı qəbul olarmı?
![]() Onların arasında dini dostluq bağları olmaz. Ona görə də hər kim birinci danışarsa, o, hesab günü daha tez behiştə gedər”. İmam Sadiq (ə) buyurur: “İki nəfər küsərək bir-birindən ayrılmaz, məgər o halda ki, onlardan biri (Allah və Rəsulunun (s))lənətinə düçar olar”. Ona görə də din qardaşlarının küsməsi Allahı qəzəbləndirər və şeytanı (lən) sevindirər. Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi nəsihətdə oxuyuruq: “Allah hər bazar ertəsi və cümə axşamları günü möminlərin əməl dəftərinə nəzər salar. Məgər o iki nəfərin əməl dəftərindən başqa ki, aralarında küdurət və küsülülük vardır. Məmurlarına əmr verər ki, onların əməl dəftərlərini kənara qoysunlar o zamana qədər ki, bir-biri ilə barışarlar”. Bu səbəbdən deyə bilərik ki, küsülülük insanlar arasında kinə səbəb olar və lənətlik şeytanın silahlarını işə salar. İnsanları bir-birindən ayırar və aralarına nifaq toxumu səpər. Bu səbəbdən Allah küsməyi sevmir və buyurur ki, o müsəlman ki, başqa din qardaşından küsər – dini naqis olar və kamilləşə bilməz. Bu səbəbdən gərək rəftarlarımıza diqqət edək. /Deyerler.org/ Oxşar xəbərlər
|