Küsmək - cəhənnəm oduna layiq olmağın başlanğıcıdır
Mьəllif: admin1
Tarix: 17-02-2016, 21:08
Küsmək - cəhənnəm oduna layiq olmağın başlanğıcıdır

Küsmək elə bir əməldir ki, bir çoxlarımız onu bəzi vaxtlar yerinə yetiririk. Küsmək ya uzun müddətli olur, ya da qısa. Lakin hər bir halda İslam dini bu əməli tənqid edir və bəyənmir. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “İki nəfər müsəlman bir-birindən küssələr, qəzəblənsələr və uzaqlaşsalar və üç gün belə olsa, sülh bağlamasalar və barışmasalar, İslam dairəsindən xaric olarlar. Hansı biri ilk danışar və sülh bağlayar - Qiyamət günü daha tez behiştə daxil olar”.
Həzrət (s) başqa yerdə buyurur: “Müsəlmanlar üçün halal deyildir ki, üç gündən artıq qardaşından uzaq olsun və küssün”.
İmam Sadiq (ə) buyurur: “Bir-birindən küsən iki nəfər bir-birindən ayrılmaz, məgər o halda ki, onlardan biri lənətə düçar olar. Ola bilsin ki, hər ikisi düçar olsun”. Soruşurlar: “O şəxs ki, məzlumdur niyə düçar olur ki?”. Buyurur: “Ona görə ki, niyə o, qardaşını sülhə dəvət etməmişdir və ilk danışmamışdır. Atamdan eşitmişəm ki, buyurub: “Nə zaman iki nəfər bir-biri ilə dava edər, onlardan biri küsərsə o şəxs ki, məzlumdur, gərək o birisinin yanına getsin və desin: “Ey qardaş! Mən təqsirkaram, mən zülm etdim”. Bu yolla aralarındakı dava qalxsın. Həqiqətən, Allah Adil Hakimdir və zalımdan məzlumun haqqını alar””.
İmam Baqir (ə) buyurur: “Allah rəhmət etsin o kəsə ki, bizim dostlarımızdan iki nəfərin arasına ülfət salar. Ey möminlər! Çalışın bir-birinizlə mehriban olasınız!”.
Küsməyin gətirdiyi pis nəticələr:

1. Ziyan.
“Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).

2. Atəşə layiqdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Sənə küsməyi və uzaqlaşmağı qadağan edirəm. Əgər çarəsiz qalsan, qardaşından üç gündən çox uzaq qalma. Hər kim qardaşından uzaq qalmış halda ölərsə, atəş ona layiqdir”.

3. Qatil kimi olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qardaşından bir il küsülü qalarsa sanki onun qanını tökmüş kimi olar”.
Barışıq.
İmam Əli (ə) buyurur: “Birləşin, dostluq edin, bir-birinizdən küsməkdən, ayrılmaqdan və tərk etməkdən çəkinin”.
İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, iki müsəlman bir-birindən küsər, İblis şad olar. Barışan zaman dizləri titrəyər və bəndi qırılar və fəryad çəkər: “Vay olsun mənə, həlak olduğum şeyə görə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizlə düşmən olmayın. Bir-birinizə həsəd aparmayın, arxa çevirməyin. Bir-birinizdən əlaqəni kəsməyin. Qardaşcasına Allah bəndəsi olun”.
İslam dini həmçinin küsülüləri barışdırmağı bəyənilən əməllərdən hesab edir. “Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (“Hucurat” 10).
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların arasını düzəltmək - hər bir (müstəhəb) namaz və orucdan daha yaxşı və dəyərlidir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930