Qadınlara hörmət və onların haqlarının qorunması – Qurani-Kərimin tələbləridir
Mьəllif: admin1
Tarix: 9-03-2021, 23:27
Qadınlara hörmət və onların haqlarının qorunması – Qurani-Kərimin tələbləridir
Qadına xüsusi üstünlük və məqam vermək – müqəddəs İslam dininə məxsus sifətlərdəndir.

O cəmiyyətdə ki, cəhalət başdan-ayağa insanları əhatə etmişdi və qız övladlarını diri-diri torpağa basdırır və qadınları heyvanlardan ayırmırdılar, Həzrət Peyğəmbərin (s) məbus olması ilə bütün bu zəlilliklərə son qoyuldu.

Həzrət Rəsuli-Əkrəm (s) cəmiyyətin əldən verdiyi dəyərləri geri qaytardı. Qız uşaqlarının əlindən öpdü. Ananın uca məqamı barəsində buyurdu: “Behişt, anaların ayaqları altındadır”.

İslam dininin qadınlar haqqında bəyan etdiyi haqlar və əhkami mövzular aydın şəkildə göstərir ki, qədim baxışlar necə əvəz olunmuşdur. Quran ayələrində də buna rast gəlmək olur.

“Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124).

Allah Təala bu mübarək ayədə buyurur ki, Onun nəzərində qadınla kişi eyni varlıqdır və onların ancaq mömin olanları dəyərlidir. Və fərqi yoxdur ki, o kişi olsun, yoxsa qadın.

Allah behiştə daxil olmaq üçün iki şərt qoyur: saleh əməl yerinə yetirmək və Allaha və Qiyamət gününə iman bəsləmək. Yəni, bu mövzu həm kişilərə aiddir, həm də qadınlara və bu mövzuda onların arasında heç bir fərq yoxdur.

Qurani-Kərimin başqa ayəsində oxuyuruq: “Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil.

(Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla, sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar, onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz).

Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur”. (“Nisa” 19).



Cahiliyyət dövrünün qanunlarından biri də bu idi ki, qadın mirasa malik ola bilməz. Ancaq bu mübarək ayə həmin yanlış qanunu məzəmmət edir və qadınların da belə bir haqqı olduğunu buyurur.

“Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şəri, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın.

Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur).

Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)”. (“Nisa” 32).

Bu ayə buyurur ki, necə ki, kişilər öz qazanclardan faydalana bildikləri kimi, qadınların da belə bir haqqı vardır.

“Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə İlahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin”. (“Nisa” 4).

Bu ayədə Quran cahiliyyət dövrünün başqa bir hökmü ilə mübarizə aparır. Belə ki, İslam dinindən əvvəl qadınlar öz mehriyyələrindən istifadə etmək haqqına malik deyildilər. Ancaq İslam dini gəldi və qadının bu haqqına da özünə qaytardı.

Allah Təala bizləri İslama əməl edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031