Mikayil mələyin (ə) vəzifəsi nədir?
Mьəllif: admin1
Tarix: 1-04-2026, 12:08
Mikayil mələyin (ə) vəzifəsi nədir?
Həzrət Mikayil (ə) – Allahın dörd böyük mələyindən biridir. Bu dörd mələyin hər birinin mühüm vəzifələri vardır. Mikayil mələyin (ə) isə vəzifəsi insanlara ruzi çatdıran mələklərə rəhbərlik etməkdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər yağan yağış damcısının, hər cücərən yarpağın, yerə düşən hər bir yarpağın sahibi Mikayildir”.

Bu hədisdən belə nəticəyə gəlmək olur ki, Mikayil (ə) həm də yağışa, eləcə də, təbiətə görə məsuldur.

Bəzən Mikayil (ə) başqa mələklərlə həmkarlıq edir. Misal üçün İmam Sadiq (ə) buyurur: “Allah Təala dörd mələyə vəzifə verdi ki, Lutun (ə) qövmünü həlak etsinlər”.

Belə məlum olur ki, Həzrət Mikayilin (ə) ruzi-bərəkət çatdırmaqla yanaşı, digər mühüm vəzifələri də vardır ki, onları sirri və hikməti Uca Allahın yanındadır. Amma hansıları isə bilmək biz bəndələrə də məsləhət olur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031