Fətrəs mələyin dastanı necə olmuşdur?
Mьəllif: admin1
Tarix: 31-08-2017, 22:55
Fətrəs mələyin dastanı necə olmuşdur?
Fətrəs mələyin dastanı bir çox hədislərdə bəyan olunmuşdur. Bu hədislərdən biri belədir.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Hüseyn ibn Əli (ə) dünyaya gəlir, Allah Cəbrayilə (ə) əmr edir ki, min mələklə bir yerdə yerə ensin. Peyğəmbəri (s) Allah tərəfindən təbrik etsin. Cəbrayil (ə) gəlir və dənizin kənarında olan adadan keçir ki, həmin adaya Fətrəs adlı mələk düşmüşdü.
Bu mələk o mələklərdən idi ki, Allahın əmrini elan edərdi. Allah onu bir iş görmək üçün vəzifələndirir, təxirə saldığı üçün qanadlarını sındırır. Həmin adaya düşür və həmin adada Allaha 70 il ibadət edir.
O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) yerə enir. Fətrəs ondan soruşur: “Ey Cəbrayil! Hara gedirsən?”. Cəbrayil (ə) deyir: “Allah Muhəmmədə (ə) nemət əta etmişdir və Allah tərəfindən və öz tərəfimdən onu təbrik etmək üçün vəzifləndirilmişəm”.
Fətrəs deyir: “Ey Cəbrayil! Məni də özünlə apar. Ola bilsin ki, Muhəmməd (s) mənim üçün dua etsin”. Cəbrayil (ə) onu özü ilə aparır. Peyğəmbərin (s) xidmətinə çatan zaman Allah tərəfindən və özü tərəfindən onu təbrik edir. Fətrəsin əhvalatını ona danışır.
Həzrət Peyğəmbər (s) buyurur: “Ona de ki, əlini bu körpədən çəksin və öz yerinə qayıtsın”.
Fətrəs də belə edir, ayağa qalxır və deyir: “Ey Allahın Rəsulu! Həqiqətən, sənin ümmətin tezliklə onu öldürəcəkdir. Hüseyn (ə) üçün hər bir zəvvarını ziyarət etmək mənim öhdəmədir. O müsəlman ki, ona salam verər və hər kim ona salamat göndərər – ona xəbər verərəm”.
Sonra səmaya qalxır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930