Niyə bəzilərinə az, bəzilərinə çox ruzi verilir?
Mьəllif: admin1
Tarix: 31-01-2023, 10:37
Niyə bəzilərinə az, bəzilərinə çox ruzi verilir?
Bir çox hədislərdə görürük ki, Allah Təala bəndələrini ruzi ilə imtahana çəkir.

İmam Əli (ə) buyurur: “(Allah) ruziləri darlıq və genişlik ilə bölmüşdür. Bu bölməni ədalətlə etmişdir. Hər kimi istəsə ruzi bolluğu və ya azlığı ilə imtahana çəkmişdir. Bu yolla zənginləri və yoxsulları nemətə şükür və çətinliyə dözmək yolu ilə imtahana çəkmişdir. Bu zaman geniş ruzini çətinlik və pərişanlıqla qarışdırmışdır”.

İmam Səccad (ə) Allaha etdiyi münacatında buyurur: “Allahım! Sən bizi imtahana çəkdin ki, ruzinin azlığında və çoxluğunda bədgüman olduq.

Ömrümüz zamanı uzun arzulara giriftar olduq. O yerə qədər ki, ruzimizi başqa ruzi yeyənlərdən istədik və ahıl qocaların ömrü kimi, uzun arzulara tamah etdik”.


Məsumlardan (ə) gələn hədislərdən belə qənaətə gəlmək olur:

1. Allah ruzini artırmaq və çoxaltmaqla bəndələrini imtahana çəkər. Necə ki, Özü də buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik”. (“Bəqərə” 155).

2. Allah bəndəni ruzi azlığı ilə imtahana çəkər və səbrini yoxlayar. “Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» - deyər”. (“Fəcr” 16).

3. Allahın ruzi paylayan zaman ədalətli olması o deməkdir ki, kimə məsləhət bilsə - çox və məsləhət bilməsə - az verər.

Həzrət Peyğəmbərdən (s) bu haqda belə nəql edilir: “Mənim bəzi imanlı bəndələrim vardır ki, yoxsulluqdan başqası onları islah etməz. Əgər onları ehtiyacsız etsəm, fəsad etmələrinə səbəb olar. Mənim bəzi bəndələrim vardır ki, salamatlıqdan başqası onları islah etməz. Əgər onları xəstə etsəm, fəsad etməklərinə səbəb olar”.

Allah sevimli bəndəsinin imtahanın çətin edər. İlahi peyğəmbərlərin (ə) imtahanı kimi. Ona görə də bu imtahanlara səbir edib, Allaha şükr etmək lazımdır. Verdiyi nemətlərinin şükrünü həmişə yerinə yetirmək lazımdır – istər az olsun, istərsə də çox.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930