Haqq-hesabın asanlaşmasını istəmək
Mьəllif: admin1
Tarix: 17-04-2023, 13:47
Haqq-hesabın asanlaşmasını istəmək
رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ


“Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə, 286).

İzah: Yuxarıdakı dualar da möminlərin dilindən nəql olunmuşdur ki, insan səadəti üçün çox önəmli məzmunları və maarifi ehtiva edir. Bu duada Allahdan istənilmişdir ki, diqqətsizlik və qəflət üzündən baş verən günahları bağışlasın. Onların üzərinə ağır və dözülməz sınaqlar, vəzifələr qoymasın. Onlara mərhəmət qılsın. Qeyd edək ki, bu duada lütfün bütün mərhələləri qeyd olunmuşdur: 1. Əzab verməmək mənasını ifadə edən əfv; 2. Günahın izlərini ruhdan aparan məğfirət; 3. İlahi mərhəmət və yardım.

Hədis: Peyğəmbər (s) merac gecəsi bu duanı oxudu, mələklər isə: “Amin!” – dedilər. O həzrət (s) buyurdu: “Allah-Taala bu duanın hər bir hissəsindən sonra buyurur: “Qəbul etdim və yerinə yetirdim.” (Məcməül-bəyan, c. 2, səh. 692).
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031