Günahları etiraf etmək və əfv diləmək
Mьəllif: admin1
Tarix: 18-11-2018, 10:40
Günahları etiraf etmək və əfv diləmək
قَالَا رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ


"Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər." (Əraf, 23).

İzah: Dua qaydalarından biri günahı etiraf etməkdir. Günahı iqrar etmək tövbə etməyə və günahdan qayıtmağa zəmin yaradır, insanın təkəbbür və qürurunun, eləcə də Allaha cəsarət etməsinin kökünü kəsir.

Nəql olunan əksər dualarda da buna rast gəlirik. Bu dua həzrət Adəm (ə) və Həvvanın dilindən nəql olunmuş və onların tövbəsinin Allah tərəfindən qəbul olunmasına səbəb olmuşdur. Bəzi rəvayətlərdə yuxarıdakı ifadələrin Adəmin tövbəsinin qəbul olunması üçün Allahdan əxz etdiyi kəlmələr olduğu bildirilmişdir.

Hədis: İmam Sadiq (ə): “Allaha həmd-səna etmədən, Peyğəmbərinə (s) və ailəsinə (ə) salam göndərmədən, günahlarınızı iqrar etmədən Ona dua etməkdən çəkinin.” (Dəəvat, Ravəndi, səh. 23, hədis: 27).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930