Rəcəb ayının orucu Cəhənnəmin qapılarını bağlayır
Mьəllif: admin1
Tarix: 28-01-2023, 22:59
Rəcəb ayının orucu Cəhənnəmin qapılarını bağlayır
Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

أَلَا وَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً إِيمَاناً وَ احْتِسَاباً اسْتَوْجَبَ رِضْوَانَ اللَّهِ الْأَكْبَرَ وَ أَطْفَى صَوْمُهُ فِي ذَلِكَ الْيَوْمِ غَضَبَ اللَّهِ عَزَّ وَ جَلَّ وَ أَغْلَقَ عَنْهُ بَاباً مِنْ أَبْوَابِ النَّارِ وَ لَوْ أُعْطِيَ مِلْ‏ءَ الْأَرْضِ ذَهَباً مَا كَانَ بِأَفْضَلَ مِنْ صَوْمِهِ وَ لَا يَسْتَكْمِلُ أَجْرَهُ بِشَيْ‏ءٍ مِنَ الدُّنْيَا دُونَ الْحَسَنَاتِ إِذَا أَخْلَصَهُ لِلَّهِ عَزَّ وَ جَلَّ وَ لَهُ إِذَا أَمْسَى (عشر) دَعَوَاتٌ مُسْتَجَابَاتٌ إِنْ دَعَا شَيْئاً فِي عَاجِلِ الدُّنْيَا أَعْطَاهُ اللَّهُ وَ إِلَّا ادَّخَرَ لَهُ مِنَ الْخَيْرِ أَفْضَلَ مَا دَعَا بِهِ دَاعٍ مِنْ أَوْلِيَائِهِ وَ أَحِبَّائِهِ وَ أَصْفِيَائِهِ



“Agah olun! Hər kəs Rəcəb ayında bir gün iman və ixlasla oruc tutarsa, Allah ondan razı olar, onun orucu Allahın qəzəbini söndürər, Cəhənnəm qapılarından biri onun üzünə bağlanar.

Dünya dolu qızıl onun orucunun qiyməti deyil. Allah üçün xalis etdiyi yaxşı işlərdən başqa, onun əcrini dünya malından heç bir şey kamil etməz.

Gecə vaxtı onun (on) duası qəbul olunar. Əgər dünyaya xatir bir şey istəsə, Allah-Taala ona bəxş edər.

Əgər dünyası üçün bir şey istəməsə, ilahi övliyalar və dostların duasından daha xeyirlisi onun axirəti üçün zəxirə olunar.” (“Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq, “Rəcəb ayının fəzilətləri” bölümü.)


(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930