İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi
Mьəllif: admin1
Tarix: 25-01-2024, 12:12
İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi
İmam Əlinin (ə) dostlarından olan Zirar ibni Həmzə Zəbayi Şama getmişdi. Müaviyyənin (lən) xidmətinə gedir və Müaviyyə ondan İmam (ə) haqqında məlumat verməsini istəyir.

Zirar nəql edir: “Əlini (ə) o halda gördüm ki, gecə pərdələrini aşağı salmışdı. Mehrabında əyləşmişdi. Saqqalını əlini ilə tutub, zəhərli ilan vurmuş kimi bükülmüşdü.

Qəmgin səslə ağlayır və deyirdi: “Ey dünya! Ey haram dünya! Məndən uzaqlaş. Mənim üçün özünü göstərirsən, ya mənə məftun olmusan ki, bir gün qəlbimdə yer alasan? Heç bir zaman, məbada.

Məndən qeyrisini aldat. Mənim sənə heç bir ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm ki, geri qayıtmayasan.

Sənin yaşayış dövrün qısa, dəyərin az və arzuların alçaqdır. Ah olsun azuqənin azlığından, yolun uzun olmasından, mənzilin uzaqlığından, Qiyamət gününün əzəmətindən!””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031