Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Mьəllif: admin1
Tarix: 15-12-2020, 21:30
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: “Bir qab su gətir!”.

Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: “Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır”.

Sonra suyu ağzında dolandırdı və buyurdu: “Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç”.

Sonra su ilə burnunu yudu və buyurdu: “Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin”.

Sonra üzünü yudu və buyurdu: “Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə”.

Sonra sağ əlini yudu və buyurdu: “Allahım, əməl dəftərimi sağ əlimə və behiştdə əbədi qalmaq vərəqini sol əlimə ver. Məndən asan hesab götür”.

Sonra sol əlini yudu və buyurdu: “Allahım, əməl dəftərimi sol əlimə vermə, onu boynumdan asma. Mən atəş parçalarından Sənə pənah aparıram”.

Bu zaman mübarək başına məsh çəkdi və buyurdu: “Allahım, mənə rəhmət, bərəkət və əfv libasını geyindir”.

Sonra iki ayaqlarına məsh çəkdi və buyurdu: “Allahım, o gün ki, qədəmlərim onda titrəyəcəkdir, addımlarımı Siratda sabit və möhkəm et. Səylərimi o şeylərdə qərar ver ki, Sən məndən razı olasan!”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930