Rəcəb ayında 5 qızıl əməl
Müəllif: Admin
Tarix: 15-03-2019, 21:16
Rəcəb ayında 5 qızıl əməl
Mübarək Rəcəb ayı Allaha daha yaxın olmaq və Onunla daha yaxın rabitə qurmaq, həmçinin özünüislah üçün münasib və əlverişli bir fürsətdir. Bu fürsətdən layiqincə bəhrələnmək üçün, ay boyunca aşağıdakı beş qızıl əməlin yerinə yetirilməsi daha çox tövsiyə olunur:

1. Tövbə və istiğfar etmək:

İmam Sadiqdən (ə) İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunur:

رَجَبٌ شهرُ الاستغفارِ لأمتي، فأكثروا فيهِ الاستغفارَ فإنّهُ غفورٌ رحيمٌ، ويسمّى الرجبَ الأصبَّ لأنَّ الرّحمةَ على أمّتي تصبُّ صبّاً فيه، فاستكثروا منْ قولِ "اَسْتَغْفِر اللهَ وَاَسْأَلُهُ التَّوْبَةَ"

“Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və Allahdan bağışlanmağınızı diləyin) ki, həqiqətən, Allah bağışlayan və mehribandır. Rəcəb ayına “Əsəbb” (çox tökülən) deyilir, çünki bu ayda Allahın geniş rəhməti mənim ümmətimin üzərinə tökülər. Elə isə çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə!”

Elə isə, nə yaxşı olar ki, bu dəyərli fürsətdən istifadə edək, qəlbimizin iştirakı ilə Rəbbin dərgahına üz tutaq, xəta və günahlara, dildən çıxan nalayiq sözlərə – qeybət, böhtan, yalanlara, eləcə də, eşidilən haram sözlər və haram musiqilərə, yersiz və bihudə işlərə, və s. bəyənilməyən əməllərə görə, mehriban və bağışlayan Allahdan məğfirət və bağışlanma diləyək.

2. Oruc tutmaq:

Rəcəb ayında oruc tutmağın fəzilət və savabı olduqca çoxdur. İmam Baqir (ə) buyurur:

مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ؛

“Hər kəs Rəcəb ayının əvvəli, ya ortası və ya axırından bir gün oruc tutarsa, Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü bizimlə bir yerdə məşhur edəcəkdir. Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa, (Allah tərəfindən) ona deyilər: “Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.” Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, ona deyilər: “Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsənsə (Allahın izni ilə) şəfaət et!” Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa, Cəhənnəmin yeddi qapısı onun üzünə bağlanacaqdır. Hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, Cənnətin səkkiz qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə, daxil olacaqdır.” (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, “Rəcəb ayının fəzilətləri” bölümü.)

3. Çoxlu salavat demək:

Dinimizdə təkidlə tövsiyə olunan zikrlərdən biri də salavat deməkdir. Hədislərimizdə salavat dərdlərin dərmanı kimi də tanıtdırılır. Asan və sadə bir əməl və zikr olmasına rəğmən, yol gedərkən və iş görərkən də onu çox asanlıqla yerinə yetirə və dilimizə cari edə bilərik. Salavat zəhmətsiz bir əməldir, savabı isə olduqca böyükdür. Xüsusən də, Rəcəb ayında yerinə yetirilən yaxşı əməllərə ikiqat savab verilir. İmam Kazim (ə) buyurur:

رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ؛

“Rəcəb böyük aydır. Allah-Taala bu ayda yaxşılıqların savabını artırar, pis əməlləri isə (əməl dəftərindən) silər...” (“Mən-la yəhzuruhul-fəqih”, 2-ci cild, Səh.92.)

4. Namazı ilk vaxtında qılmaq:

Bu mübarək ayda mühüm əməllərdən biri də namazı ilk vaxtda qılmaqdır. Peyğəmbəri-Əkərm (s) Allah-Taalanın belə buyurduğunu nəql edir: “Mən namazı vaxtında qılan bəndəmə söz vermişəm ki, əzab verməyim və onu sorğu-sualsız behiştə aparım.” (“Kənzul-ummal”, 7-ci cild, hədis 19036.)

5. Quran oxumaq:

Unutmamalıyıq ki, Qurani-Kərim bizim həyat proqramımızdır, Allahla bəndələri arasında qırılmaz v möhkəm kəndirdir, ən yaxşı öyüd-nəsihətdir, hidayət və rəhmət kitabıdır. Onu tilavət etməyin bərəkəti çoxdur. Hər gün Quranla ünsiyyətdə olmaq, gündə bir neçə ayə də olsa tilavət etmək qərarını elə bu aydan verək və beləcə, bu əməli gündəlik təkrarlamaqla Rəcəb ayının nurani anlarından layiqincə bəhrələnək. Peyğəmbəri-Əkrəm (s) buyurur:

إِنَّ هَذِهِ الْقُلُوبَ تَصْدَأُ، كَمَا يَصْدَأُ الْحَدِيدُ إِذَا أَصَابَهُ الْمَاءُ، قِيلَ: يَا رَسُولَ اللَّهِ، وَمَا جِلاؤُهَا؟ قَالَ: كَثْرَةُ ذِكْرِ الْمَوْتِ، وَتِلاوَةُ الْقُرْآنِ

“Həqətən, bu qəlblər pas atır, necə ki, dəmir, su ona toxunduqda, pas atır.” Soruşdular: “Ya Rəsulullah, onun cilası varmı?” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ölümü çox yad etmək və Quran oxumaq.”

(Maide.az)
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031