İlin hansı günlərində oruc tutmağın fəziləti çoxdur? – İmam Hadi (ə) buyurur
Müəllif: Admin
Tarix: 10-03-2019, 21:01
İlin hansı günlərində oruc tutmağın fəziləti çoxdur? – İmam Hadi (ə) buyurur
İshaq ibni Abdullah nəql edir: “Günlərin birində atamla əmim mübahisə etdilər.

Onların mübahisənin mövzusu bu idi ki, ildə dörd gün vardır ki, həmin günlərdə oruc tutmağın fəziləti daha çoxdur. Ancaq hansı gün olduğu ilə bağlı mübahisə edirdilər.

Məsələni həll etmək üçün İmam Hadinin (ə) yanına getdilər. O zamanda Həzrət (ə), Mədinənin Sərya adlı kəndində sakin idi. Hələ Samirra şəhərinə aparılmamışdı.

İmamın (ə) mənzilinə yollandılar və evə daxil olub əyləşdilər. Onlar ağızlarını açmazdan əvvəl İmam (ə) buyurdu: “Siz mənim yanıma ona görə gəlmisiniz ki, ilin hansı günlərində oruc tutmağın fəzilətli olmağını öyrənəsiniz?”.

Dedilər: “Elədir, ya ibni Rəsulallah!”.

İmam (ə) buyurdu: “Bəs bilin ki, o, dörd gündür:

1. Rəbiul-əvvəl ayının 17-dir ki, Həzrət Peyğəmbər (s) dünyaya gəlmişdir.

2. Rəcəb ayının 27-dir ki, Peyğəmbərin (s) besət günüdür.

3. Zilqədə ayının 25-idir ki, Dəhvul-ərz gündür.

4. Zilhiccə ayının 18-dir ki, Qədir-Xum günüdür”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031