Zilhiccə ayında tutulan orucların fəzilətləri
Mьəllif: admin1
Tarix: 30-06-2022, 17:50
Zilhiccə ayında tutulan orucların fəzilətləri
Zilhiccə ayının ilk doqquz gününü oruc tutmağın çox böyük savabları vardır. Hər birinin özünəməxsus sifətlərə malik olan fəzilətləri mövcuddur.

Bu ayda tutulan ümumu orucların savabı.

Həzrət Peyğəmbərin (s) zamanında Zilhiccə ayı gəlib çatan vaxt, bir cavan həmişə oruc tutmağa başlayardı. O zaman ki, Peyğəmbər (s) onun əməlindən xəbərdar olur, buyurur: “Hər gün ki, oruc tutursan, ona bənzəyir ki, qul azad edirsən, Allah yolunda yüz dəvə və yüz atı verirsən. Bu oruc, 60 il əvvəl və 60 il sonrakı günlərin kəffarəsi olar”.

Birinci günün orucunun savabı.

Nəql olunur: “Zilhiccə ayının ilk günü o gündür ki, Həzrət İbrahim (ə) dünyaya gəlmişdir. Ona görə də hər kim o günü oruc tutar, orucu 60 il günahın kəffarəsi olar”.

İmam Kazım (ə) buyurur: “Hər kim bu günü oruc tutar, Allah ona 60 ilin oruc savabını yazar”.

Səkkizinci günün orucunun savabı.

Bu gün Tərviyə günü kimi məşhurdur. İmam Sadiq (ə) buyurur: “Bu günü oruc tutmaq – bir ilin (günahlarının) kəffarəsi olar”.

Doqquz günün orucunun savabı.

Zilhiccə ayının doqquzuncu gününü Ərəfə günü adlandırırlar. İmam Sadiq (ə) buyurur: “Əgər hər kim Zilhiccə ayının ilk doqquz gününün hamısını oruc tutarsa, onun üçün bütün ömrünün orucu yazılar”.

Qədir-Xum gününün orucunun savabı.

İmam Sadiq (ə) buyurur: “Bu günün orucu 60 ay oruc tutmağa bərabərdir”.

“Qədir-Xum günündə oruc tutmaq, 60 ilin günahlarının kəffarəsi olar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031