Şeyx Rəcəbəliyə əta olunan bəsirətin səbəbi
Müəllif: Admin
Tarix: 12-02-2019, 10:17
Şeyx Rəcəbəliyə əta olunan bəsirətin səbəbi
Şeyx Rəcəbəlinin həyatı qəribəliklərlə doludur. O da Həzrət Yusif (ə) kimi cavanlığında həmin yoldan keçir. Yəni, Həzrət Yusifin (ə) cavanlıqda başına gələnlər, Şeyx Rəcəbəlinin də başına gəlir.

Ayətullah Seyyid Muhəmmədhadi deyir: “Şeyxə xüsusi inayət əta olunmuşdur. Bu da cavanlıq zamanı nəfsinə hakim olduğu üçün olmuşdur”.

Ayətullah Milaninin oğlu nəql edir: “Şeyx bizə bu əhvalatı belə danışmışdır: “Cavan olan zaman qohumlarından olan gözəl bir qız mənə aşiq olur. Nəhayət məni öz evində xəlvətdə tələyə salır. Mən də öz-özümə dedim: “Rəcəbəli! Allah səni çox imtahana çəkə bilər. Gəl bir dəfə də sən Allahı imtahana çək. Bu haram işdən Allaha xatir çəkin”.

Sonra Allaha xitab etdim: “Allahım! Mən bu günahı Sənə xatir tərk edirəm. Sən də məni Özün üçün tərbiyə et!””.

O, Yusif (ə) kimi bu günaha qarşı müqavimət göstərir və günaha batmaqdan çəkinir. Tez bir şəkildə o evi tərk edir. Bu əməlinə görə, Allah ona bəsirət nuru verərək mükafatlandırır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930