Kiməsə təkəbbürlülük edən şəxs, ehtiyac əlini həmin insana uzada bilər
![]() Bir nəfər İmam Kazıma (ə) deyir: “Təəccüblüdür. Siz bu şəxsin yanına gəldiniz və onunla yoldaş oldunuz. İndi də ona xidmət etmək istəyirsiniz? Halbuki, o, sizə xidmət etməyə daha layiqlidir”. İmam (ə) isə həmin şəxsin cavabında buyurur: “Bu şəxs – Allah bəndələrindəndir. Allahın Kitabına görə din qardaşımdır və Allah şəhərlərindəki qonşumdur. Mənim və onun atası – Həzrət Adəm (ə) eynidir. O, ən yaxşı atadır. Ən üstün din – İslam dinidir. Ola bilsin ki, ruzigar dəyişsin və biz ehtiyac əlimizi ona tərəf uzadaq. Allah bizi, ona qarşı qürurlandığımız üçün, alçaldar”. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|