İslami baxımdan itmiş əşyanı tapan şəxsin vəzifəsi nədir?
Mьəllif: admin1
Tarix: 3-04-2021, 10:22
İslami baxımdan itmiş əşyanı tapan şəxsin vəzifəsi nədir?
Hər bir kəs ilk öncə bunu bilməlidir ki, tapdığı mal və ya əşya ona məxsus deyildir. Çünki İmam Sadiq (ə) buyurur:

“İnsanın qarşısına bir mal çıxdığda onun ən üstün vəzifəsi budur ki, onu yerdən qaldırmasın, əlini vurmasın. Əgər camaat o əşyaya toxunmazsa sahibi gəlib onu tapar və götürər.” (Mən la yəhzuhul-fəqih 3/190)

İmam (ə) bu hədisi ilə qarşıya çıxmış sahibi bilinməyən mal qarşısında insanın ilkin vəzifəsini söyləyir. Ən düzgünü və ən yaxşısı toxunmamaqdır!

Əgər malı tapan şəxs onu götürərsə artıq məsuliyyət daşayır və bu zaman onun aşağıdakı vəzifələri vardır:

1-Beləki malı tapan şəxsin özü və ya nümayəndəsi bir həftə boyunca hər gün, sonra isə ən azı həftədə bir dəfə insanların içində tapdığı malı elan etməlidir. Bu bir il davam etməlidir.

2-Əğər tapdığı mal tez xarab olan bir əşyadırsa (meyvə kimi), ya özü istifadə etsin, ya da satsın. Bir il müddətində elan etməli və sahibi çıxarsa həmin malın qiymətini sahibinə verməlidir.

3-Əgər bir il ərzində malın sahibi tapılmazsa özü üçün götürə bilər, yaxud sədəqə verə bilər. Bu şərtlə ki, sahibi tapılarsa gərək sahibinin haqqını ödəsin.

Yaxud qoruyub saxlasın. Əgər itirərsə artıq zamin deyil.

Bu barədə bir neçə sual:

1-Əgər bir şəxs yerdə bir əşya görə, amma onu götürməyəb ayağı ilə vura. Hökmü nədir?

Cavab: Mala zamindir. (Götürmüş kimidir).

2-Əgər uşaq bir əşya tapa hökmü nədir?

Uşağın vəlisi mala zamindir.

3-Əğər aldığı bir əşyanın içindən bir miqdar məchul mal çıxa və sahibi də bilinməyə (məsələn aldığı kitabın içindən pul çıxa), həmin şəxsin vəzifəsi nədir?

Əgər başqa birinin malı olmasına əsası yoxdursa həmin mal onun olur. Yox başqa birisinin olma ehtimalı varsa sahibini tapmalıdır, əgər sahibini tapa bilmirsə şəriət-hakimə verməlidir.

Əgər bir kəsin qarşısına sahibsiz bir mal çıxarsa ən düzgünü ona toxunmamaqdır!

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930