Allahın razılığı bizim başqalarına xidmət etməyimizdədir
Mьəllif: admin1
Tarix: 24-01-2021, 20:55
Allahın razılığı bizim başqalarına xidmət etməyimizdədir

Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimdən elə bir bəndə yoxdur ki, Allaha xatir din qardaşına lütf edər, məgər o halda ki, ona behişt xidmətçilərindən xadim verilər”.

İslam dini başqalarına xidmət etməyə xüsusi diqqət edən bir dindir. Quran buyurur: “Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”. (“Maidə” 2).

“Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

Əgər Allahın razılığını qazanmaq istəyiriksə, bunu bilməliyik ki, başqalarına xidmət etmək - Onun üçün ən sevdiyi əməllərdəndir.

Günlərin birində İmam Həsən Müctəba (ə) etikafda idi. Bir nəfər gəlir və ondan yardım istəyir. İmam (ə) etikafı qırıb, ona yardım edir. Əgər dinin batininə nəzər salsaq görərik ki, başqalarına xidmət etmək, ehsan etmək və insanları şad etmək ən bəyənilən əməllərdəndir.

Hətta buyurur ki, əgər müstəhəb oruc tutmusunuzsə və sizi qonaq çağırırlarsa - ora gedin və yeməklərindən yeyin. Allah sizə orucun savabını verəcəkdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allahın sizə yardım etməsini istəyirsinizsə, siz də insanlara kömək edin”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, başqasına xidmət edər, o kəs kimidir ki, bir ömür Allaha bəndəlik etmişdir”.

Bəs kimlərə xidmət edək?

Qurani-Kərim buyurur: “(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür.

Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir”. (“Bəqərə” 273).

“Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın”. (“Nisa” 5).

Borc verərək xidmət edək. “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın?”. (“Bəqərə” 245).

Küsən insanları barışdırmaq da xidmət sayılır. Hədislərimiz buyurur ki, küsən insanları barışdırmağın savabı, müstəhəb namazın savabından daha çoxdur.

İmam Kazım (ə) buyurur: “Əgər Qiyamət günü bizə çatmaq istəyirsinizsə, din qardaşınıza kömək edin. Qiyamət günü yeriniz bizim yanımızda olar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031