Ayətullah Xamenei “Amerikaya ölüm” şüarının mənasını açıqladı
Mьəllif: admin1
Tarix: 8-02-2019, 19:54
Ayətullah Xamenei “Amerikaya ölüm” şüarının mənasını açıqladı
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Şah rejimində "Homafer" olaraq adlandırırlan Hava Qüvvələri işçilərinin 8 fevral 1979-cu ildə İslam İnqilabının qələbə qazandığı günlərdə, böyük öndər İmam Xomeyni iə görüşüb ona beyət etməsinin ildönümü münasibətilə, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei İran Ordusu Hava Qüvvələri komandanları, pilot və bəzi rəsmilərilə bir araya gəlib.

Görüş zamanı əsas hədəfi ABŞ olan Ayətullah Xamenei "ABŞ indi deyil, həmişə öz mənafeyinə görə xalqların daxili işlərinə qarışmaqdadırlar. Bu zaman da, bizim "Amerikaya ölüm" şüarımızı tənqid edirlər. İlk öncə amerikalılara bunu demk istəyirəm ki, "ABŞ-a ölüm" şüarından məqsəd Trampa, Boltona və Pompeo başda olmaqla ABŞ-ın rəsmilərinə ölüm arzulamaqdır. Bu şüar sadə amerikalılara aid deyildir.", - deyə bildirib.

Bu khamenei.ir-in ingilis dilində fəaliyyət göstərən tvitter səhifəsində yayımlanması, dünya mediasında da yayılıb.

Daha sonra "İkinci məslə budur ki, ABŞ bölgədə çirkin addımlarını davam etdikcə, İran xalqı da "ABŞ-a ölüm!" şüarlarını durmadan hayqıracaq.", -deyə Ayətullah Xamenei əlavə edib.

Avropaya da güvənməyin düzgün olmadığını deyən İslam İnqilabı lideri "Günümüzdə Avropanın bizə təklif etdiyi "təklif paketi"ndən danışılır. Mənim tövsiyəm avropalılara da ABŞ kimi güvənməməkdir. İllər öncə nüvə məsələsi zamanı ABŞ-la edilən müzakirələr zamanı özəl görüşlərimiz zamanı amerikallara güvənmədiklərini bizim rəsmilərə bildirmişdim. Nəticə olaraq o dönəm müzakirə masasına oturan ABŞ rəsmilər indi, Amerikanın güvənilməz olduğunu bir başa dilə gitirirlər.", -deyə bildirib.

Ayətullah Xamenei Avropa ilə əlaqələrin kəsilməsini qəsd etmədiyini də xatırladıb. Daha sonra deyib: "Mövzu onlara güvənməməklə əlaqəlidir. Paris küçələrində xalqa hücum edib, onları kor edənlər utanmadan bizi insan haqları mövzusunda tənqid edirlər. Ancaq bu günlər heç, nə keçmişdə, nə də tarix boyunca insan haqları mövzusundan uzaq olmuşlar. Bunlara güvənmək mümkün deyil; Fransa bir cür, İngiltərə başqa cür, digərləri də fərqlənmir. Fəqət bəzi istisnalar xaric biz bütün dünya ilə əlaqələrimiz mövcuddur."


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031