“Amerikaya ölüm” şüarımız məntiqi əsaslara söykənir – Ayətullah Xamenei
Mьəllif: admin1
Tarix: 3-11-2015, 13:35
Bцlmə: Xəbərlər
“Amerikaya ölüm” şüarımız məntiqi əsaslara söykənir – Ayətullah Xamenei
“Bilin ki, Amerikaya ölüm şüarımız möhkəm və məntiqi əsaslara söykənir. Məlumdur ki bundan məqsəd Amerika milləti deyil, məqsəd Amerikanın siyasəti və hegomonçuluğudur. Bu, məntiqi əsaslara, konstitusiyaya, əqli təfəkkürümüzə əsaslanır.”

İslaminSesi.org-un khamenei.ir-ə istinadla verdiyi xəbərə görə, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyyid Əli Xamenei Tehranda tələbələr qarşısında çıxışı zamanı deyib.

Ali lider “13 Aban ABŞ cəsus yuvasının tələbələr tərəfindən ələ keçirilməsi”nin ildünümü münasibətilə keçirilən tədbirdəki çıxışında Amerikanın bölgədəki məkrli və dağıdıcı siyasətindən danışaraq, iranlı tələbələri oyaq olmağa çağırıb.

Ayətullah Xamenei İslam İnqilabını banisi mərhum Ayətullah Xomeyninin ABŞ-la bağlı bildirdiyi tövsiyəni iranlı tələbələr belə xatırladıb “İmam da dəfələrdə buyurardı ki nə qədər səsinizin gücü var Amerikaya qarşı hayqırın”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930