Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?
Müəllif: Admin
Tarix: 14-01-2019, 21:03
Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?
Bu dünyadan sonra başqa dünyanın xəlq olması ona bənzəyir ki, mahir rəssam başqa bir gözəl şəkil çəkər və çəkdiyi bu şəkil gözəllikdə heç də o biri şəkillərdən geri qalmaz.

Əgər Qurani-Kərimə və Məsumların (ə) buyuruşlarına nəzər salsaq, görərik ki, Allah Təala Qiyamətdən sonra yeni dünya və yeni insanlar xəlq edəcəyinə işarə etmişdir. Ona görə də insan gərək cahillik edib lovğalanmasın ki, yer üzərində xəlq olunan ən üstün varlıqdır.

Məsumlar (ə) Allahın izni ilə elə şeyləri bilirlər ki, insanlardan heç biri ondan xəbərdar deyildir.

Quran açıq şəkildə bu haqda bir şey deməmişdir, sadəcə bəzi ayələrində işarə etmişdir. “Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?!

(Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər”. (“Qaf” 15).

Ancaq Məsumların (ə) bəzisi bu haqda aşkar şəkildə məlumat vermişdilər ki, onlar İmam Baqir (ə) və İmam Sadiqdir (ə).

Bu İmamlara (ə) yuxarıdakı ayə ilə bağlı sual verirlər və İmam (ə) buyurur: “Nə zaman bu aləm ləğv olunacaq, behiştlilər behiştə, cəhənnəmlilər cəhənnəmə gedəcəkdir, Allah yenidən bu dünyadan qeyri bir dünya xəlq edəcəkdir. İnsanları ata və anasından doğulmadan dünyaya gətirəcəkdir. Onlar üçün bu yerdən qeyri yeri və bu səmadan qeyri səmanı xəlq edəcəkdir.

Məbada fikirləşəsiniz ki, Allah ancaq bu insanlar və bu dünyanı xəlq etmişdir? Xeyr, belə deyildir. Allah indiki dünyadan əvvəl minlər-minlər dünya, minlər-minlər insan xəlq etmişdir. Mövcud olan bu nəsil onların hamısından sonra xəlq olunmuşdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031