Yer kürəsinin yaranması ilə bağlı İslamın nəzəri
Mьəllif: admin1
Tarix: 20-12-2022, 11:16
Yer kürəsinin yaranması ilə bağlı İslamın nəzəri
O zaman ki, Allah səmanı xəlq etməyi iradə etdi, küləklərə əmr etdi ki, dənizləri bir-birinə sıxsın.

“Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)?

[Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik]. Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!”.
(“Ənbiya” 30).

Bir nəfər bu ayə ilə bağlı İmam Sadiqə (ə) sual verir və İmam (ə) cavabında buyurur: “Allah Təalanın ərşi suyun üzərində idi. Su da havada qərar tuturdu.

Havanın həddi yox idi. O zaman bu ikisindən savayı xilqət yox idi. Su da həmin zamanda Fəratın dadlı bulağı idi. Allah yeri xəlq etməyi iradə edən zaman küləyə əmr etdi ki, suyu bir-birinə vursun.

Sıxılmış dalğa halına düşdü və Kəbə evinin məkanında cəm oldu. Sonra onu sıxılmış dağ kimi qərar verdi. Sonra torpağı onun altından meydana gətirdi.

O zaman ki, Allah səmanı xəlq etməyi iradə etdi, küləklərə əmr etdi ki, dənizləri bir-birinə sıxsın. Ondan bir-birinə sıxılmış dalğalar əmələ gəldi.

Ortasından yanar buxar meydana gəldi. Sonra bu yanar buxardan səmanı xəlq etdi. Orada ulduzları, Günəşi, Ayı qərar verdi. Tədricən səmadan yağış yağdı, bitkiləri, varlıqları xəlq etdi”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930