Qurani-Kərimdə rast gəlinən “Bəkkə” məkanı haradır?
Mьəllif: admin1
Tarix: 11-01-2019, 10:51
Qurani-Kərimdə rast gəlinən “Bəkkə” məkanı haradır?
Qurani-Kərimdə buyurulur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" (Ali-İmran, 96).

Burada müqəddəs Məkkə şəhərindəki Kəbə evi nəzərdə tutulur. Dini mənbələrdə xəbər verilir ki, “bəkkə” – basırıq, izdihamlı yer mənasını verir.

Həcc mövsümü zamanı Kəbənin ətrafında adamlar sıx olduqları üçün ora Bəkkə deyirlər. Bəkkə - Kəbənin yerləşdiyi məhəllə, Müqəddəs Evin ətrafıdır.

Bəzi məlumatlara görə, yuxarıdakı ayədə “Məkkə” deyil, “Bəkkə” sözünün işlənməsinin daha bir səbəbi vardır. Belə ki, bəzi alimlərin fikrincə, Qurandakı müəyyən hərflərin işlənmə sayı qanunauyğunluğa malikdir və Quran 19 ədədinə əsaslanan sistem üzərində qurulub.

Ali-İmran surəsində “Məkkə” əvəzinə “Bəkkə” sözünün işlənməsi də bu qanunauyğunluğu qorumağa xidmət edir. Bu hesabatların incəlikləri müvafiq kitablarda qeyd edilmişdir.
(islam.az)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031