O şəhər ki, Allah tərəfindən bütün müsəlmanlar üçün vəqf edilib
Mьəllif: admin1
Tarix: 29-01-2022, 11:07
O şəhər ki, Allah tərəfindən bütün müsəlmanlar üçün vəqf edilib
İmam Sadiq (ə) buyurur: “Allah yanında ən sevimli diyar – Məkkə diyarıdır. Allah yanında (başqa bir) onun torpağı kimi torpaq, onun daş kimi daş, onun ağacı kimi ağac, onun dağı kimi dağ, onun suyu kimi su daha sevimli deyildir”.

Bəli, bu şəhər elə bir şəhərdir ki, bütün müsəlmanlar üçün Allah tərəfindən vəqf edilmişdir, ona görə də bütün müsəlmanlara aiddir.

Quranda bu şəhərin başqa adlarına da rast gəlmək olur, o cümlədən: Bəkkə, Bələdul-həram, Bələdul-əmin, Ümmil-qura kimi.

Bundan başqa Məkkə sözünü belə təfsir edirlər.

1. Məkkə, yəni Beytul-Rəbb, Beytullah.

2. Məkkə, yəni Vadiyi-Rəbb.

3. Məkkə, yəni Allaha yaxın olan məkan.

4. Məkkə, yəni əgər bir zalım ona pis gözlə baxarsa, həlak olar və ziyanı bu şəhərə dəyməz.

5. Məkkə, yəni bütün insanları özünə cəzb edən diyar.

Bəli, bu, elə bir dyardır ki, hər bir insan onu öz vətəni hesab edə bilər.

“Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər).

Kim onda (insanlara)zülm etmək məqsədi ilə (haqdan) üz döndərsə, ona ağrılı əzab daddırarıq”.
(“Həcc” 25).

Bəli, bu ayədən də göründüyü kimi, Allah Məscidul-həramı bütün müsəlmanlar üçün vəqf etmişdir və bu şəhərdən istifadə etməkdə Məkkə əhli ilə başqalarının fərqi yoxdur. Onun torpaqlarını almaq və satmaq haramdır.

Əmirəl-möminin (ə) Məkkə valisinə yazdığı məktubda buyurur: “Məkkə camaatına əmr et ki, o kəslər ki, bu şəhərdə məskundurlar, sakin olmaq üçün icazə almasınlar.

Çünki Allah buyurmuşdur: O kəslər ki, bu şəhərdə yaşayırlar və ya bayırdan gəlirlər – ondan istifadədə bərabərdirlər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930