Yer üzündə insana məxsus ilk ev hansıdır? – Quran bu barədə nə deyir?
Mьəllif: admin1
Tarix: 15-06-2020, 22:41
Yer üzündə insana məxsus ilk ev hansıdır? – Quran bu barədə nə deyir?
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Qurani-Kərim mövzu baxımından çox geniş bir vəhy kitabıdır. Bu ilahi kitab həm etiqad, həm şəriət, həm əxlaq, həm də tarix baxımından bir çox mövzuları əhatə edir.

Quran tarixin ən mühüm bir parçası olan insanın yaradılışı və ilkin yaşamı barədə də söz deyib, yaxud işarə edibdir. Tarixçilər insanın mərhələlərlə ağıllı insana çevrildiklərini dedikləri halda Quran ilk ağıllı insanın Adəm (ə) olduğunu və Allah Təalanın onu bir mərhələdə vücuda gətirdiyini zikr edir. Yəni ilk insan olan Adəm (ə) indiki insanın əcdadıdır, idrak və əmək qabiliyyəti baxımından indiki insandan fərqi yoxdur.

Həmçinin Qurani Kərim yer üzündə olan ilk insan məskəninə və ilk insanın evinə də işarə etmişdir. Beləki Qurana əsasən yer üzündə ilk insan evi, ilk insanın tikdiyi evdir. Bu ev Məkkə şəhərində yerləşən Kəbə evidir.

Quran bu barədə buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” (Ali-İmran-96)

Ayənin təfsirində deyilir:

Həm tarixi mənbələr, həm də İslami mənbələr bizə deyir ki, Kəbə evi Həzrət Adəmin (ə) əli ilə tikilmişdir. Sonra Həzrət Nuhun (ə) tufanında dağılmış, sonra isə Allahın əmri ilə Həzrət İbrahim (ə) tərəfindən bərpa edilmişdir. Maraqlı olan budur ki, ayədə Kəbə evi insanlar üçün tikilmiş ev kimi vəsf olunur. Bu da o deməkdir ki, bu ev insanlara xidmət etməlidir. Həmçinin Quran ayəsi bu Kəbə evini bərəkətli və hidayət mənbəyi adlandırır.

(Təfsiri -nümunə - ayənin təfsiri)

(İsaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031