Qeyri-stabilliyə və fəsada qarşı mübarizə
Mьəllif: admin1
Tarix: 31-01-2023, 20:56
Qeyri-stabilliyə və fəsada qarşı mübarizə
قَالَ أَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُكْرًا


"O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir!”" (Rum, 30).

İzah: İslam hökumətinin vəzifələrindən biri təhlükəsizliyi təmin etmək və sabitliyi pozanlarla kəskin mübarizə aparmaqdır. Məlumdur ki, hakimlərin həddən artıq xoş münasibəti, mərhəməti və xatakarlar haqqında ölçü götürməkdə qətiyyətsizliyi mənfəətpərəst və fürsət axtaran insanları başqalarının hüququnu tapdamağa və cəmiyyətin ümumi ab-havasını korlamağa həvəsləndirir.

Ona görə də iğtişaş törədənlərə, iqtisadi, siyasi və mədəni stabilliyi pozanlarla mübarizə aparmaq hər bir dövlətin güclü tərəfi hesab olunur və dini hökumətdə də zəruri və qaçılmazdır.

Yuxarıdakı ayə yer üzünə hakim olan Zülqərneynin dilindən nəql olunmuşdur. O, bir qrup dinsiz insanlarla qarşılaşdıqda onları əmrlərinə tabe olmağa çağırdı və xatakarları şiddətlə təhdid etdi.

Hədis: İmam Əli (ə): “Zalım və rəhmsiz hakim daimi hərc-mərclikdən daha yaxşıdır.” (Qürərul-hikəm, c. 6, səh. 236, hədis: 10109).
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031