Yaxşılıq və xeyirxahlıq
Mьəllif: admin1
Tarix: 1-01-2022, 11:08
Yaxşılıq və xeyirxahlıq
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَىٰ وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا


"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir." (Nisa, 36).

İzah: Dinin ictimai əxlaq sahəsində ən əsas göstərişlərindən biri “ehsan” – yaxşılıq və xeyirxahlıqdır. Buna görə də bir çox Quran ayəsi başqalarına yaxşılıq etməyin fəzilətinə həsr olunmuşdur.

Bu ayələrin bəzisində hamıya, hətta kafirlərə də yaxşılıq etmək təkid olunmuşdur. Bəziləri yaxşılığın qaydaları və şərtləri haqqında söhbət açmışdır. Bəziləri isə yaxşılıq edənlərin məqamını və mükafatını təsvir etmişdir.

“إحسان” (ihsan) sözünün dini mətnlərdə işlənməsindən anlayırıq ki, onun anlamı maddi yaxşılıqdan daha genişdir və hər növ xeyirxahlığı ehtiva edir. Belə ki, “ehsan” məqamını təqvalıların və möminlərin ən üstün fəzilətlərindən hesab etmək olar.

Hədis: İmam Əli (ə): “İmanın başında insanlara yaxşılıq etmək dayanır.” (Qürərul-hikəm, c. 4, səh. 52, hədis: 5253).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930