İmam Hüseynin (ə) islahatlarını İmam Zaman(ə.f) həyata keçirəcəkdir
Mьəllif: admin1
Tarix: 25-10-2015, 17:51
İmam Hüseynin (ə) islahatlarını İmam Zaman(ə.f) həyata keçirəcəkdir
İmam Hüseynin (ə) qiyamının çatmaq istədiyi amal və hədəflərdən biri də siyasi islahatlar aparmaq, rəftar və davranışlarda, hakim və alimlərin danışıq məntiqində dəyişiklərin aparılması idi.
Üməvi hakimiyyəti din təlimlərini təhrif etmişdi. Şəxsi mülahizələr və dinə fərdi yanaşmaları peyğəmbərimiz və onu haqq canişini tərəfindən gətirilən və təqdim edilən dinin yerində otuzdurmaq istəyirdi. Hakimiyyət ictimaiyyəti dünyapərəstlik, nifaq və ikiüzlük və fəsada çəkirdi.
Məhz buna görə də, İmam Hüseyn (ə) öz qiyamı barədə buyururdu: “Mənim qiyamın əyləncə, qarşıqlıq və iğtişaş yaratmaq və zülm etmək üçün deyil. Yalnız cəddimin ümmətini islah etmək, habelə yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçündür. Bu peyğəmbərin (s) və Əlinin (ə) yoludur”.
Həzrət Mehdi (ə) də zühur etdikdən sonra təfəkkürlər və dünyagörüşlərində, əməli konsepsiyalar və icraiyyə mexanizmlərində islahat işləri aparacaq, bidətləri, xudbinlikləri, fəsadları, nifaqları, din adına sırınan şəxsi götürüş və oxunuşları islah edib düzəldəcəkdir.
Fəsad və qüsurlar əvvəl dinc və mədəni yollarla islah ediləcəkdir. Əks tərəf onu qəbul etmədikdə, köhnəlikdə qalmaq prinsipləri üzərində dayandıqda və mühafizəkarlıq göstərdikdə artıq kəskin metodlardan istifadə lazım gələcək, silahlı mübarizə və müharibə qaçılmaz olacaqdır.

shabestan.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930