Bu alim əqrəb sancan yerə barmağını qoyanda, xəstə şəfa tapardı
![]() Mirzə Şirazi vəfat etdikdən sonra Nəcəfə gəlir və mərhum Ağayi Axund Xorasaninin və mərhum Mirzə Hüseyn Xəlili Tehraninin dərslərindən bəhrənir. 1322-ci qəməri ilində Quma qayıdır, böyük elmi və ali mənəvi təqva məqamına görə alimlərin ehtiramına layiq görülür. Qumun “Cameə” məscidində imam-camaat olur və insanların hörmətini qazanır. Nəql edilir ki, əqrəb sancanlar alimə müraciət edərdilər və o, ya dua oxuyar, ya da barmağını həmin yerə qoyardı və Allahın izni ilə həmin şəxs şəfa tapardı. Alimin dəyərli əsərləri vardır ki, indiyə qədər tələbələrin ən çox istifadə etdiyi mənbələrdəndir. Xüsusi təqva və zahidliyi xütbələrində özünü göstərərdi. Bu böyük alim 1360-cı qəməri ilində Qum şəhərində vəfat etmişdir və mərhum Ağayi Hairinin qəbri yaxınlığında dəfn olunmuşdur. /Deyerler.org/ Oxşar xəbərlər
|