Qunut tutaraq can verən alim
Mьəllif: admin1
Tarix: 20-12-2022, 11:22
Qunut tutaraq can verən alim
Hacı Mirzə Muhəmməd Feyz Qumi, Ağamirzə Əli Əkbərin oğludur ki, 1293-cü qəməri ilində Qumda dünyaya gəlmişdir.

İbtidai təhsilini Qumda almışdır və bir müddət Tehranda təhsillə məşğul olmuşdur. 1317-ci qəməri ilində Nəcəf şəhərinə getmişdir.

Mərhum Seyyid Muhəmməd Yəzdi, mərhum Ağayi Axund Xorasani, Şeyx İsfahani və Haci Nurinin dərslərindən bəhrələnmişdir.

Sonra Samirraya gedir və Mirzə Muhəmmədtəqi Şirazidən dərslər alır.

Nəhayət öz vətəninə geri qayıdır. Tələbələrə tədrislə və imam-camaat olmaqla xidmətinə başlayır.

Alimin çox sayda dəyərli əsərləri və xütbələri qəlbləri dirçəltmiş və çox sayda məşhur tələbələrin yetişməsində böyük əməyi olmuşdur.

Alim 1370-ci qəməri ilində Qum şəhərində dünyasını dəyişmişdir və Ayətullah Birucerdi onun cənazəsində namaz qılmışdır. Xanım Məsumənin (s.ə) hərəminin qəbiristanlığında dəfn olunmuşdur.

Alimin oğlu nəql edir ki, atam namaz qıldığı və qunut tutduğu halda can vermişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930