Dəfn edilən alimin nəziri və kəfən oğrusunun hidayəti
Mьəllif: admin1
Tarix: 20-12-2018, 19:54
Dəfn edilən alimin nəziri və kəfən oğrusunun hidayəti
Fəzl ibni Həsən Təbərsi “Məzməul-bəyan” təfsirinin müəllifidir. O, 542 və ya 548-ci qəməri ilində vəfat etmişdir.

Bu təfsirin yazılmasının özünəməxsus bir əhvalatı vardır. Alim ürək infarktı keçirir və hərəkətsiz halda yerə düşür. Qohumları və ətrafında olanlar elə bilir ki, o, dünyasını dəyişmişdir. Həmin dövrdə tibb yaxşı inkişaf etməmişdi. Ona görə də ona qüsl verib, kəfənləyirlər. Sonra da aparıb dəfn edirlər.

Alim gözünü açan zaman özünü qəbirdə görür. Allaha təvəssül edir və nəzir edir ki, əgər qəbrin darlığından xilas ola bilsə və sağlamlığı geri qayıtsa, Quranın təfsirini yazacaqdır.

Xoşbəxtlikdən kəfən oğrusu qərara gəlir ki, qəbrini qazıb kəfənini oğurlasın. Qəbri xarab edir və qəbrin üstündəki daşları götürür. Kəfənin bağını açır və bu zaman Əllamə onun əlindən tutur.

Oğru çox qorxur və alim onunla danışan zaman lap çox qorxur. Əllamə macəranı ona danışır və deyir: “Qorxma!”. Oğru Əllaməni belinə alır və mənzilinə aparır.

Əllamə də kəfənini və çox sayda malını ona bağışlayır. Oğru alimin əli ilə tövbə edir. Əllamə öz nəzirinə əməl edir və bu dəyərli təfsiri yazır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031