Kəfən oğrusunun hidayəti
Mьəllif: admin1
Tarix: 27-06-2022, 10:17
Kəfən oğrusunun hidayəti
İmam Səccad (ə) nəql edir: "Bəni-İsrayilin zamanında bir kişi qəbirləri açır və kəfənləri oğurlayırdı. Qonşusu xəstələnir, qəbrinin açılmasından və kəfəninin oğurlanmasından qorxur.

Ona görə də kəfəni oğurlayanı çağırır və ona deyir: "Mən sənin üçün necə qonşu olmuşam?”.

Deyir: "Ən yaxşı qonşu”.

Deyir: "Sənə bir hacətim vardır”.

Kəfən oğrusu deyir: "Hacətini yerinə yetirərəm”.

Qonşusu onun qarşısına iki kəfən qoyur və deyir: "İstəyirəm ki, ən yaxşısını götürəsən və o zaman ki, məni dəfn edəcəklər, qəbrimi kəfəni oğurlamaq üçün açmayasan”.

Kəfən oğrusu kəfəni götürməkdən çəkinir, ancaq qonşusu təkid etdikdən sonra qəbul edir. Qonşusu dünyadan gedir və o zaman ki, dəfn olunur, kəfən oğrusu deyir:

"Bu meyit dəfn olmuşdur və haradan biləcəkdir ki, mən onun kəfənini oğurlayıram. Ona görə də gedib qəbrini açıb kəfənini oğurlayacağam”.

Qəbri açan zaman carçının car səslərini eşidir ki, deyir: "Bu çirkin işi görmə!”.

Kəfən oğrusu qəbrin üsütnə torpaq tökür və evinə qayıdır. Keçmişinə görə həqiqi tövbə edir. Sonra övladına deyir: "Mən sizin üçün necə ata olmuşam?”.

Deyirlər: "Yaxşı ata olmusan”.

Deyir: "Mənim sizə bir hacətim vardır”.

Deyirlər: "Nə hacətin varsa, de, yerinə yetirək”.

Deyir: "O zaman ki, mən dünyadan gedəcəyəm, məni atəşlə yandırın və külə çevrilən zaman yarısını dənizə və yarısını da quraqlıq tərəfə səpin”.

Övladları atalarına deyirlər ki, bu işi görəcəklər. Öləndən və vəsiyyətini yerinə yetirəndən sonra Qüdrətli Allah külünü toplayır və ona həyat bəxş edir. Sonra buyurur: "Nə səbəb oldu ki, sən övladlarına belə vəsiyyət etdin?”.

Deyir: "İzzətinə and olsun ki, Sənin qorxundan”.

Böyük Allah buyurur: "Mən tələbkarlarını razı edərəm və sənə qorxumdan aman verərəm. Günahlarını bağışlayaram””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031