Bu alim, ancaq Xanım Zəhranın (s.ə) əzasında minbərə qalxardı...
Mьəllif: admin1
Tarix: 20-12-2022, 11:25
Bu alim, ancaq Xanım Zəhranın (s.ə) əzasında minbərə qalxardı...
Mərhum Ayətullah Ağayi Hacı Mirzə Muhəmməd Ərbab 1273-cü hicri ilində Qumda əkinçi ailəsində dünyaya gəlmişdir.

İbtidai təhsil aldıqdan sonra Məşhədə gedir və mərhum Hacı Mirzə Həbibullah və məhrum Ağayi Axund Xorasaninin dərslərindən bəhrələnir. Bir müddət Mirzə Şirazidən də dərs alır.

Mərhum Əllamə Tehrani onu Mirzə Şirazinin tələbəsi adlandırır və deyir: “Hacı Mirzə Muhəmməd Ərbab Qumi, Həsən Qumi və Abdullah Qumi ilə birlikdə Samirraya gəlir və az müddət orada qalırlar. Sonra Abdullah ilə birlikdə Nəcəfə gedir və uzun illər Nəcəfdə qalır. Sonra Quma qayıdır və bu gün o, Qumdakı mühəqiqlərdəndir”.

Onun çox dəyərli əsərləri vardır. Xüsusilə də “Ərbəini-Hüseyni” kitabı çox məşhurdur. Bu kitabda İmam Hüseynin (ə) fəzilətləri tədqiq edilmiş və Həzrət (ə) haqqında hədislər bəyan edilmişdir. İndiyə qədər iki dəfə çap olmuşdur.

Alimin görkəmli sifətlərindən biri bu idi ki, nə zaman bir yerə getsə idi, öz minik heyvanına minər və yolda gördüyü hər alimə ehtiram əlaməti olaraq həmin heyvandan düşər salam verib, yenidən miniyinə minərdi və yoluna davam edərdi.

O, minbər başına getməzdi. Ancaq Xanım Zəhranın (s.ə) əza günlərində Hacı Şeyx Əbdülkərimin məclisinə ehtiram məqsədilə minbərə çıxardı.

Çox sakit təbiətli bir insan idi və Əhli-Beyt (ə) haqqında şeirlər və mərsiyələr yazardı. Şeirlərindən birində İmam Zaman ağaya (ə.f) müraciət etmiş və Kərbəla müsibəti ilə bağlı başsağlığı vermişdi. Onun bu şeiri çox sayda məclislərdə oxunmuşdur və məddahlar onu xüsusi yanğı ilə oxuyurdular.

Bu böyük ruhani 1341-ci hicri ilində 68 yaşında Qum şəhərində vəfat etmişdir və Qum şeyxlərinin qəbiristanlığında dəfn olmuşdur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930