Ayətullah Xamenei başsağlığı verib
Mьəllif: admin1
Tarix: 24-04-2018, 21:53
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim mərhum höccətül-islam Hacı Şeyx Həbibullah Mehmannavazın vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim mərhum höccətül-islam Hacı Şeyx Həbibullah Mehmannavazın vəfatını onun yaxınlarına, şagirdlərinə, sevənlərinə və Şimali Xorasan əyalətininin mömin xalqına başsağlığı deyirəm.

Mərhum Mehmannavaz elminə əməl edən və xalqa xidmətçi və sədaqətli ruhani idi. Höccətül-islam Mehmannavaz İnqilab dövründə öncüllərdən, İslam Respublikasına vəfadar və yol göstərən alimlərdən olub. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

Qeyd edək ki, mərhum Höccətül-islam Mehmannavaz aprel ayının 22-də 92 yaşında Bocnurd şəhərində vəfat edib, bu gün dəfn olunub. O, 1982-ci ildə İmam Xomeyninin (rə) fərmanı ilə Bucnurd şəhərinin imam cüməsi təyin olunub və uzun illər orada İmam cümə kimi fəaliyət göstərib. Xobreqan Ekspertlər Məclisinin üzvi olub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930