Ağıllı insan ilə nadanın fərqi nədir?
![]() İflic olanlara şəfa vermisiniz və ayaq üstə qalxıb, öz ayaqları ilə yeriyə bilmişdilər. Elə bir xəstəlik vardırmı ki, ona şəfa verə bilməyəsiniz?”. Həzrət İsa (ə) buyurur: “Bəli, mən axmaq insanlara şəfa verə bilməmişəm və onların müalicəsi üçün bir iş görə bilməmişəm”. Həmin şəxs deyir: “Məgər axmaqlıq xəstəlikdir? Axmaq insanın nişanələri hansılardır?”. Həzrət (ə) buyurur: “Axmaq insan – özündən razı və təkəbbürlüdür. Öz nəzəriyyə və rəftarını başqalarının nəzəriyyə və rəftarından üstün bilər. O, özünü həmişə haqlı bilər. Heç bir zaman özünü haqsız cilvələndirməz. Bu cür insan axmaqdır. O zamana qədər ki, bu haldadır, onun müalicəsi üçün çarə yoxdur”. İslam Peyğəmbəri (s) buyurur: “Ən zirək insan o kəsdir ki, təqvalıdır. Ən axmaq insan o kəsdir ki, fasiq və təqvasızdır”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Ən zirək insan o kəsdir ki, özü dünyada hesabını çəkər və axirətinin fikrində olar. Ən axmaq insan o kəsdir ki, qəlbinin istəklərinin ardınca olar və eyni zamanda Allahın əzabından amanda olmaq gözləntisində olar”. İmam Əli (ə) buyurur: “Axmaq, yaxşı və gözəl əməllərdən qəflət edər və onları tərk edər. Cəhalətindən çıxmaz. Yalan deyər, başa düşməz. Əgər başa düşsə də, qəbul etməz və haqqa təslim olmaz”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, özünü ən aqil insan bilər – ən axmaq insandır”. /Deyerler.org/ Oxşar xəbərlər
|