İslamda Vətəni sevmək barədə
Mьəllif: admin1
Tarix: 6-10-2018, 22:46
İslamda Vətəni sevmək barədə
Aqil insan üçün dünyanın hər yeri vətəndir. O, qürbətdə yaşasa belə, o diyar onun üçün vətən olar. Çünki qürbətdə də insanların ehtiyacını aradan aparar və onlara xidmət edər.

Onlar da bu alimin fikirlərindən bəhrə apararlar. Nəzərlərini əməldə istifadə edərlər. Bu yolla həmin şəxs insanlara öz bəhrəsini çatdırar.

Ancaq nadan insan ziyandan başqa ətrafında olanlara fayda verməz. Hətta öz vətənində belə, insanlar tərəfindən məzəmmət olunar. Dost və tanışları ondan uzaqlaşar və onu tənqid edərlər. Özləri də onun kimi ağılsız olmamaq üçün ondan qaçarlar.

Bu səbəbdən İmam Əli (ə) buyurur: “Aqil qürbətdə qəribdir. Axmaq isə vətəndə qəribdir”.

İmam Əli (ə) başqa yerdə buyurur: "Aqilin qürbətdə olması tanışlıq üçündür. Vətəndə axmaq olmaq isə qəriblikdir".

Aqil hər nə qədər qürbətdə yaşasa da, yenə də vətənin yerini verməz.

Buna görə də Məsumlarımız (ə) öz davamçılarına vətənlərini sevməyi həmişə tövsiyə etmişdilər.

İmam Əli (ə) buyurur: "Bu üç sifət insanın alicənablığını göstərər:

1. Keçən ömrünə görə göz yaşı tökməsi.

2. Vətəninə olan əlaqəsi.

3. Qədim dostlarını saxlaması".


Həzrət Əli (ə) başqa yerdə buyurur: "Şəhərlər, vətən sevgisi ilə abad olar".



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930