İki böyük məsuliyyət arasında
Mьəllif: admin1
Tarix: 11-12-2018, 10:28
İki böyük məsuliyyət arasında
İmam Sadiq (ə) buyurmuşdur:

اَلْمُؤْمِنُ بَيْنَ مَخَافَتَيْنِ ذَنْبٌ قَدْ مَضَا لا يَدْرِي ما صُنْعُ اللهِ فِيهِ وَ عُمْرٌ قَدْ بَقِيَ لا يَدْرِي ما يَكْتَسِبُ فِيهِ مِنَ الْمَهَالِكِ

“Mömin həmişə iki şeydən narahatdır: 1. Allahın onunla necə rəftar edəcəyini bilmədiyi keçmiş günahlarından; 2. Gələcəkdə nəyi əldə edəcəyini bilmədiyi yerdə qalan ömründən.”

(“Üsuli-kafi”, c.2, səh.71.)

Qısa izah

İmanda əsas hədəf insanın keçmişdə etdiyi əməllər və gələcəkdə onu gözləyən vəzifə və tapşırıqlar qarşısında məsuliyyətli olması məsələsidir.

Bu iki məsuliyyəti unutmayan kəslər, həmişə keçmiş nöqsanlarını islah etmək fikrində olacaq, sonrakı fürsətlərdən səmərəli istifadə etmək üçün ən yaxşı yollar axtararaq düşünəcəkdir. Bu iki nişanə hər bir insan və ya millətin təkamül və inkişafı deməkdir. Keçmişini unudan və gələcəyini qazanmaq barədə fikirləşməyən bir millət həmişə acizlik və bədbəxtliyə məhkumdur.

Hazırladı: Maide.az – Maarif bölməsi
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930