İnsan bilmədiyi mövzu barədə mübahisə edərsə, kor kimi olar – Şeyx Bəhai
Mьəllif: admin1
Tarix: 14-07-2022, 18:24
İnsan bilmədiyi mövzu barədə mübahisə edərsə, kor kimi olar – Şeyx Bəhai
Əhli-Beyt (ə) məktəbinin ən böyük alimlərindən olan mərhum Şeyx Bəhayi buyurur: “Hər kim yersiz işlərə həvəs göstərər – haqqa çatmaz. Hər kim nadanlıq üzündən düşmənçilik edər – gözləri haqqı görməkdən kor olar.

Hər kim haqdan yolunu azar – yaxşılığı pis kimi qarşılayar. Pisliyi yaxşılıq kimi qəbul edər, yolunu azmaq mehi ilə məst olar. Hər kim düşmənçilik edər – yolu hamarsız və dəhşətli olar. İşləri çətin olar, bayıra çıxmaq yolu üzünə bağlı olar.

Bizim dini mərifətimizə əsasən həm yolumuz vardır, həm də vəzifələndirilmişik. Ancaq Allahın zatı barəsindəki həqiqətlər sonsuzdur. Hər kimin yolu Allaha tərəf olar, ancaq o səmtə tərəf meyli olar. Bu sifət saliklərin sifətlərindəndir.

Quranın qadağan etdiyi mövzulardan biri – mübahisə etməkdir. Hər kim bilmədiyi mövzuda mübahisə edərsə, korluğu davam edər. Münaqişə mövzusu da bu cürdür.

O kəs ki, dava edər, həm öz qüdrətini azaldar və həm də qarşı tərəfin qüdrətini. Bir başqası ki, onunla dava edər – həm öz qüdrətini azaldar, həm də qarşı tərəfin. Ona görə də davanın sonu ancaq belədir.

O kəs ki, yolunu azar – yaxşını pis kimi görər. Quran onları münafiq adlandırmış və buyurmuşdur: “Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar”. (“Tövbə” 67).

Din onlar üçün heç nə olar. Çünki yaxşını pis və pisi yaxşı görərlər”.

Xülasə bu böyük alim demək istəyir ki, yolunu azan insan pisi yaxşı kimi gördüyü üçün, həmin pis əməlləri ipək kimi öz ətrafına dolayar.

Nəticədə ortasında qalıb can verər. Çünki hər kim yolunu azar və batil işlərlə məşğul olar – nicat tapması üçün yol tapmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930