Böyük arif yol pulunu haradan alırdı?
Mьəllif: admin1
Tarix: 5-12-2018, 21:41
Böyük arif yol pulunu haradan alırdı?
Mərhum Ayətullah Qazi çox kasıb insan idi. Amma ailəsinin sayının çox olmasına baxmayaraq ki, o qədər təvəkkül və səbir əhli idi ki, ailəsinin problemləri bir zərrə qədər onu bu yoldan xaric etmirdi.

Nəcəf əhli onun haqqında çox sayda əhvalat nəql edir. Cənab Hacı Əhməd Ənsari, Ayətullah Mirzəcavad Ənsarinin oğludur və o, Ayətullah Seyyid Abbas Quçaninin dilindən nəql edir: “Mərhum Ayətullah Qazi həmişə Nəcəf ilə Kufə şəhərləri arasında get-gəl edərdi. Mənim üçün maraqlı idi ki, o, bu məsafəni gedib-gəlmək üçün pulu haradan alır.

Bir gün onu Kufəyə gedən halda gördüm və evindən xaric olurdu. Mən də gizli halda onun arxasınca getməyə başladım.

O, bazarın ortasından keçib gedirdi. Nəhayət dayanacağa gəlib çatdı. Düz getdi ki, maşına minsin. Bu anda gördüm ki, Hacı maşına minən zaman bir seyyid ona yaxınlaşdı və pul verdi. O, başını arxaya çevirdi və mənə baxıb gülümsədi. Mənə başa salmaq istədi ki, əgər insan səbir və təvəkkül etsə, Allah ona pulu belə çatdıracaqdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930