Ayətullah Behcətin dilindən maraqlı yardım əməli haqda hekayə
Mьəllif: admin1
Tarix: 10-02-2022, 11:33
Ayətullah Behcətin dilindən maraqlı yardım əməli haqda hekayə
Axund Xorasani haqda maraqlı hadisə ayətullah Behcətin dilindən nəql edilib.

Mərhum müctəhid və arif ayətullah Behcət söhbətlərinin birində Axund Xorasaninin fəzilətləri haqda bunu deməklə kifayətlənir:

“Bəziləri haqda eşidmişəm ki onların yoxsula yardım etməsi də çox maraqlı və qəribə olub. Bir gün yoxsullardan biri Axund Xorasaninin qapısına gəlib ondan yardım istəyir. Amma Axund Xorasaninin əlində və evində ona verməyə heç pulu olmur.

Axund evə girib öz otağındakı şəxsi xalçasını gətirib yoxsula verib deyir: “Tez ol! al bunu tez get! Yoxsa Mehdi gəlib görər”.

Mehdi Axund Xorasaninin oğludur. Axund Xorasaninin yoxsula Mehdi xəbərdar olmasın deyə dərhal yardım etməsi qəribə hadisələrdəndir ki, hətta ayətullah Behcətin belə diqqətini cəlb edib və onun marağına səbəb olub.

Qeyd edək ki, Axund Xorasani kimi tanınan Ayətullah Mühəmməd Kazim Xorasani XIX əsrin sonu-XX əsrin əvvəllərində Nəcəf dini elmlər mərkəzinin ən məşhur ustadlarından və şiə dünyasının ən ünlü müctəhidlərindən sayılırdı.

Elmi məqamına və yaşının çoxluğuna baxmayaraq, sadə həyat tərzi sürür, dini tələbələrə ata kimi qayğı göstərir, insanlara daima yardım edirdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031