“Əgər mən maddi mövzulardan danışsaydım…” – Şəhid Mütəhhərinin həyat yoldaşının xatirələri
Mьəllif: admin1
Tarix: 29-11-2018, 20:49
“Əgər mən maddi mövzulardan danışsaydım…” – Şəhid Mütəhhərinin həyat yoldaşının xatirələri
Şəhid Mütəhhərinin həyat yoldaşı bu böyük alim barəsində nəql edir: “Onunla 27 il ömür sürmüşəm. Gecə və gündüz heç yarım saat belə dəstəmazsız olmamışdır. Həmişə deyərdi: “Dəstəmazlı olun, daima dəstəmazlı olmaq çox yaxşıdır”.
Sözlərinin arasında böyük arif və İlahi övliyalardan sitatlar gətirərdi. Mənimlə birbaşa danışmaq yerinə sadə və mənalı misallar ilə təqvaya və fəzilətə dəvət edərdi. Əgər mən maddi mövzulardan danışsaydım, ya şikayət etsəydim, aram şəkildə mənim üçün şeir oxuyardı.

Onun gecə ibadətlərinin ab-havası tamamilə başqa cür idi. Bəzən özü ilə zümzümə edərdi və deyərdi: “Sən özün, özün üçün hicabsan. Bu hicabı aradan qaldır!”.

Allah Təala o böyük Ustada rəhmət etsin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031