Daim dəstəmazlı olmağın misilsiz faydaları və xeyir-bərəkəti
Mьəllif: admin1
Tarix: 30-05-2022, 23:44
Daim dəstəmazlı olmağın misilsiz faydaları və xeyir-bərəkəti
İnsanın bu həyatdakı ən mühüm vəzifəsi Mütəal Allaha bəndə olmaqdır. Yəni ibadət və itaət. Bu ibadətlərin bir qismi İslam şəriətində buyrulmuş göstərişlər əsasında, digər qismi isə əxlaq və mənəvi yönümdədir ki, hər bir fərddə özünə məxsus şəkildə biruzə verir.

Şəriət göstərişlərinə uyğun olan əməllərdən biri də dəstəmazdır.

Dəstəmaz mövzusu dinimizin önəmli məsələlərindəndir. Çünki paklığ bütün işlərin əsasıdır. Dini ibadətlərin də pak halda icra edilməsi mühümdür. Hətta məxsusi ibadətlə məşğul olmayanda belə insanın hər zaman pak və dəstəmazlı olması tövsiyə edilir.

Təbii ki, zahirən qolların yuyulması kimi görükən dəstəmazın gizli mənəvi tərəfləri vardır. Belə olmasaydı dəstəmaz almaqla qolları yumaq arasında fərq olmazdı və bundan daha üstün paklığ əlaməti olsaydı Allah Təala Öz dərgahında o cür durmağı əmr edərdi.

Dəstəmaz almağın, hər zaman dəstəmazlı olmağın, daima pak olmağla yanaşı insan cisminə və mənəviyyatına böyük faydaları vardır ki, hədislərdə və hikmətlə kəlamlarda bunların bəzilərinə işarə edilibdir:

1. Ömürü uzadır:

Allahın Peyğəmbəri (s) buyurur: Ey Ənəs çalış həmişə pak və dəstəmazlı olasan ki, Allah ömrünü uzadacaq. Əgər gecə gündüz dəstəmazlı ola bilsən bu işi mütləq et çünki, dəstəmazlı dünyadan köçsən şəhidin mükafatına və savabına nail olacaqsan.

2. Hacətlərin və duaların qəbul olmasına səbəb olar:

İmam Sadiq (ə): Mən təəccüb edirem o adama ki, dəstəmazlı olan halda bir iş və ya hacət dalınca gedə amma işi alınmaya və hacəti verilməyə...

3. Şəhidin savabı verilir:

Allahın Peyğəmbəri (s) buyurur: Dəstəmazla yatan şəxsi gecəykən ölüm yaxalasa bu şəxs şəhid kimi dünyadan köçmüşdür.

4. Dəstəmazlı yatarsa yatağın məscid olur:

Allahın Peyğəmbəri (s) buyurur: Kim dəstəmaz alıb yatarsa yatağı onun üçün məscid olacaq və yuxusu gecəni səhərə qədər namaz qılan şəxs kimidir və əgər bir şəxs dəstəmazsız yerinə girib yatarsa yatağı ona qəbir olacaq və səhərə qədər orada ölü cəsəd kimi qalacaq.
5. Ruzinin çoxalmasına və bərəkətinin artmasına səbəb olur.

İmam Sadiq (ə) buyurur: Kim evində xeyir bərəkətin çoxalmasını istəyirsə yemək yediyi vaxt dəstəmaz alsın.

6. Bütün bədən pak olar:

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini edərsə, bütün bədəni pak olar”.

7. Günahların bağışlanmasına səbəb olar:

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, namazqılan dəstəmaz alar, ardınca çox sayda bərəkəti olar. O zaman ki, üzünü yuyar, günahın təsiri simasından silinər.”

8. Dəstəmazlı halda ölən şəxs şəhid kimi ölər (savabı).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930