İlahi şuhudun ən yüksək səviyyəsi
Müəllif: Admin
Tarix: 27-11-2018, 14:46
İlahi şuhudun ən yüksək səviyyəsi
Allahın müqəddəs zatını insan gözü ilə görmək mümkün deyildir. Həmçinin səs və xüsusi ahəngi yoxdur ki, onu qulaqla eşitmək olsun. O, maddi deyildir, xalis mücərrəddir.

İnsan ancaq qəlb gözü ilə Allahı görüb dərk edə bilər. Yəni, insan ancaq şuhud yolu ilə Allahla rabitə qurub, Onunla ünsiyyət saxlaya bilər, Onu müşahidə edə bilər.

Lakin mühüm olan budur ki, şuhud qüvvəsi güclü olmalıdır. Hər nə qədər bu qüvvə güclü olarsa, insan Allahı daha çox müşahidə edib, dərk edə bilər. Əgər zəif olarsa, zəif dərk edər.

Əgər tarixən şuhud səviyyələrini qiymətləndirsək, görərik ki, Əhli-Beyt (ə) bu sahədə ən güclüdür. Çünki Quran bütün bu kitabların məcmuəsi və onlardan daha üstündür. Əhli-Beyt (ə) də Quranın eynisi olduğu üçün, ən güclü şuhud dərəcəsinə malikdirlər.

Belə bir bürhanla demək olar ki, Əhli-Beytin (ə) məqamı tarix boyu ən yüksəkdir.

İnsanın özünü dərk etməsi də şuhud dərəcəsinə görə baş verər. “Mən” deyə bir şey yoxdur, insan onu batini ilə dərk edər. Eyni zamanda biz batinimizlə və fitrətimizlə Allahın olduğuna əminlik əldə edirik.

O kəs ki, xəstədir – həkimə müraciət edər. O, xəstə olduğunu dərk edər, ancaq bu xəstəliyin siması olmaz, onu daxilən hiss edər. Xəstə insan, şuhud qüvvəsinin vasitəsilə xəstəliyini dərk etmiş olar. Ancaq qəlb şuhudunun səviyyəsi bununla kifayətlənməz.

O, daha alidir. Yəni, insan şuhud qüvvəsi ilə ən ali varlıq olan Allahı dərk edər və qəlbi ilə Onu müşahidə edər. Bu, şuhudun ən ali dərəcəsidir ki, hər kəs onu əldə edə bilməz.

Allah bizlərə də şühudun ən ali dərəcəsini əta etsin ki, biz də Onun müqəddəs zatını Məsumlarımız (ə) kimi müşahidə edib, Ondan feyz alaq!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031