Şühudi mərifətə çatmağın yolları
Mьəllif: admin1
Tarix: 27-08-2018, 13:40
Şühudi mərifətə çatmağın yolları
Şühudi mərifətə çatmaq – hər bir arifin arzusudur. Hər kim bu məqama çatar, Allahı bəsirət gözü ilə görər və hiss edər. Dili – Onun dili ilə danışaq, qulağı – Onun qulağı olar, qəlbi – Onun məkanı olar.

Bəs şühud məqamına çatmaq üçün nə etməli?

Ariflərin nəzərinə görə, şühud məqamına çatmağın yollarından biri – qəlbi təmizləyib paklamaqdır. Yəni, qəlbində kin və düşmənçilik olmamalıdır, həsəddən, hərislikdən uzaq olmalı və qəsavət bağlamamalıdır.

İmam Səccad (ə) “Əbu Həmzə Sumali” duasında Allah Təalaya xitab edərək, buyurur: “O kəs ki, Sənə tərəf köç etməyin yolu daha yaxındır. Sən xilqətdən gizli deyilsən, məgər o kəslərdən başqa ki, əməlləri onları Səndən gizlədir”.

İmam (ə) bu buyuruşunda demək istəyir ki, Allah Təala bəndələrindən gizli deyildir. Bu pərdəni yaradan – insanların əməlidir. Əgər nalayiq əməllər qəlbin paslanmasına səbəb olubdursa, insan şühud məqamına çata bilməyəcəkdir.

İkinci yol isə qəlbi paklandıqdan sonra, saflaşdırmaq və təzələməkdir.

İlahi sevgini qəlbə elə hopdurmaq lazımdır ki, ondan ayrılmaz olsun. Yəni, insan gərək qəlbində İlahi məhəbbətin köklərini salsın. Bu köklər davamlı olmalıdır və belə olarsa, onu heç bir külək və tufan qoparda bilməz.

İmam Baqir (ə) buyurur: “(Dünyaya) olan sevgilərini Allaha olan sevgiyə görə kəsiblər. Qəlbləri ilə Allah Təalaya məhəbbətlə baxırlar”.

İnsan tövbə edərək, həm qəlbini paklaya bilər, həm də Allahın sevgisini qazana bilər. Ona görə də şühud əhli tövbəni heç bir zaman unutmur və onu hər an yada salırlar.



Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930