Qəlb qəsavətini aradan aparmağın 5 yolu
Mьəllif: admin1
Tarix: 2-12-2022, 21:55
Qəlb qəsavətini aradan aparmağın 5 yolu
Mömin insanın qəlbinin təharətli olması – İlahi qürb məqamına çatması üçün ən mühüm şərtlərdəndir. Qəlb təharəti deyildikdə, qəlbin günahdan uzaq olması və qəsavətdən təmiz olması nəzərdə tutulur.

Əgər qəlb təharətli olarsa, ixlaslı olar. Çünki ruhun əmr verdiyi yer – qəlbdir. Qəlbdən sonra ruh qalan bədən üzvlərinə göstəriş verə bilir. O zaman ki, ruh təharətli olar, bədən də təharətli olar. Artıq əli Yədullah olar, görməsi Eynullah olar.

Əxlaq müəllimlərinin nəzərinə görə, qəlbin təharətli olmasında təsirli olan ən mühüm amil – insanın yediklərinin təharətli olmasıdır.

Ayətullah Qərəhi bu haqda buyurur: “Siz belə düşünməyin ki, tikə, elə ancaq yeməkdir. Tikə odur ki, sizin ixtiyarınıza qoyulan nəqliyyatdan öz məqsədinə görə istifadə edəsiniz, ola bilər ki, ondan sui-istifadə edəsiniz. Bunlar çox mühümdür. İnsan gərək bu işlərdə dəqiq olsun”.

Qəlb qəsavətini aradan aparmağın yolları ilə tanış olmağa çalışaq:

1. Allahı yada salıb, zikr etmək. Quranın özü Allahın zikri sayılır ki, qəlblərin aramlıq vasitəsidir. Necə ki, hava ağciyərlər üçün faydalıdır, ancaq su – ziyanlıdır, əksinə su mədə üçün faydalıdır, ancaq hava – ziyanlıdır.

İnsanın nəfsi mədə kimidir. Dünya, nəfs üçün münasib yerdir, ancaq insan qəlbi ağciyər kimidir ki, havaya ehtiyacı vardır. İlahi zikrə möhtacdır.

Necə ki, insan hava ilə nəfəs almasa, ağciyərləri ziyan görər, əgər İlahi zikr qəlbə daxil olmazsa, qəlb ziyan görər və ölər. Qəlb qəsavətini aradan aparan zikrlərdən biri istiğfardır. İkincisi “Lə iləhə illəllah” zikridir və üçüncüsü isə salavatdır.

2. Günahdan uzaq olmaq. Necə ki, qeyd olundu, qəlb qəsavəti günaha aiddir. Ona görə də ilk növbədə tövbə edib, Allahla əhd bağlamaq lazımdır ki, günah etməyəcəksən. Əgər günah ediriksə də, gərək tez tövbə edib, zülmətini aradan aparaq.

3. Ölümü yada salmaq. İnsan qəlbi cila oluna biləndir. Qəfləti aradan aparar. İmam Əli (ə) buyurur: “Allahın Peyğəmbəri (s) tövsiyə edirdi ki, səhabələri ölümü yada salsınlar. Çünki ölümü yada salmaq nəfsani ləzzətləri sındırar və heyvani meyillərə mane olar”.

4. Əxlaqi kitablarını və Məsumlardan (ə) gələn hədisləri mütaliə etmək. Əxlaq kitablarını və hədisləri mütaliə etmək, qəlbin cilasına böyük təsirlər qoyur. İmam Baqir (ə) buyurur: “Hədislərimiz qəlbi dirildər”.

5. Yoxsul və yetimlərlə mehriban olmaq. Bir nəfər Peyğəmbərə (s) qəlb qəsavətindən şikayət edir. Həzrət (s) buyurur: “Nə zaman qəlbinin yumşalmasını istəyirsənsə, yoxsula yemək ver və əlini yetimin başına çək”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031