Övladı necə tərbiyə etmək? – Məsumların (ə) mübarək buyuruşları
![]() İmam Əli (ə) buyurur: “Uşaqlar yeddi il azaddırlar. Yeddi ilə ədəb və diqqətdədirlər. Sonrakı yeddi ili xidmətdə və yavərdədirlər”. İmam Sadiq (ə) buyurur: “Uşaqlar yeddi il oyun oynayarlar. Yeddi il yazmaq və oxumaq öyrənərlər. Yeddi il isə həyatın halal və haram qanunlarını öyrənərlər”. İmam Əli (ə) buyurur: “Övladlarınızı öz adət və ədəblərinizə məcbur etməyin. Çünki onlar sizin zamanınızdan qeyrisi üçün xəlq olublar”. Həzrət Peyğəmbər (s) buyurur: “Körpələrinizi ağladıqları üçün döyməyin”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən gözəl adlar Abdullah, Əbdürrəhmandır”. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman övladınızın adını Muhəmməd qoysanız, ona hörmət edin. Ona üzünüzü turşutmayın”. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Övladın atası üzərindəki üç haqqı bunlardır: ona yaxşı ad qoysun, yazmağı ona öyrətsin, həddi-büluğa çatan zaman onu evləndirsin”. İmam Səccad (ə) buyurur: “Sənin övladının haqqı bunlardır: ona başçılıq etməkdə məsuliyyətlisən ki, ona yaxşı ədəb verəsən və Allaha tərəf hidayət edəsən. Ona (Allaha) itaət etməkdə, sənin və özünün vəzifələrinə görə ona yardım edəsən”. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun axırəz-zamandakı övladlara atalarının əlindən!”. Həzrətə (s) sual verirlər: “Ya Rəsulallah! Müşrik atalarının əlindən?”. Həzrət (s) buyurur: “Xeyr, bəlkə mömin atalarının əlindən ki, onlara heç bir vacibatı öyrətməzlər. O zaman ki, övladları özləri öyrənmək istəyərlər, onları saxlayarlar. Onun qarşılığında isə dünyanın ən kiçik bəhrəsinə sevinərlər. Mən bu cür atalara biganəyəm və onlar da mənə biganədirlər”. Həzrət Rəsulallah (s) buyurur: “Hər kim öz övladını öpər, Böyük Allah onun üçün yaxşı əməl yazar. Hər kim övladını sevindirər, Allah da Qiyamət günü onu sevindirər. Hər kim övladına Quran öyrədər, (Qiyamət günü) o övlad, ata və anası ilə birlikdə çağırılar ki, o ikisinin əyninə iki libas geyindirilsin, belə ki, behişt əhlinin üzü onun nurundan parlayar”. İmam Əli (ə) buyurur: “Övladlarınıza elə şeylər öyrədin ki, Allah o şeylərlə onlara fayda çatdırsın”. /Deyerler.org/ Oxşar xəbərlər
|