Quran hafizlərinin şanlı cərgəsinə qoşulaq
Müəllif: Admin
Tarix: 8-11-2018, 21:37
Quran hafizlərinin şanlı cərgəsinə qoşulaq
Quranı əzəbərləməyin həm dünya və həm də axirət faydaları vardır. İslam ölkələrində Quran hafizlərinin sayı çoxdur. Çünki bu ölkələr səma Kitabını əzbər bilməyi fəzilət hesab edir.

İslamın əvvəllərinə nəzər salaq. İslam dinini təzə qəbul etmiş müsəlmanlar belə qərara gəlirlər ki, Qureyş Allah kəlamını eşitməmişdir. Ona görə də yaxşı olar ki, bizlərdən birimiz Məscidul-həramda Quranı uca səslə oxuyaq.

Abdullah ibni Məsud o dövrün ən yaxşı Quran hafizi idi. O, bu təklifi qəbul edir və Kəbənin kənarında əyləşən Qureyşi görən zaman bu ayələri tilavət edir: “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub, insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).

Günəş və Ay müəyyən hesab ilə (Günəş sabit düz hərəkətlə, Ay isə Yerin ətrafına dövr etmək və Günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər”. (“Rəhman” 1-5).

Bu ayələr Qureyşə elə təsir etdi ki, hamı yerindən qalxdı və onu o qədər döydülər ki, bədəni qanla doldu. Bu halda Peyğəmbərin (s) yanına qayıtdı.

Bildiyimiz, kimi bir dəstə müsəlman müşriklərin əlindən əzab gördükləri üçün Həbəşistana hicrət edirlər. Onların arasında Quran hafizi olan Cəfər ibn Əbutalib də var idi. O, Həbəş padşahı üçün “Məryəm” surəsindən bir neçə ayə oxudu və şahı bu ayələrin təsiri altına saldı.

Dördüncü hicri ilində Həzrət Peyğəmbər (s) Quran hafizlərini müxtəlif qəbilələrə tərəf göndərdi. Bəzi qəbilələr onları hiylə ilə tələyə saldılar və qətl etdilər. Tarixçilərin nəzərinə görə onların sayı 70 nəfər idi.

Həbib ibni Məzahir də Quran hafizi idi. O zaman ki, Müaviyyə (lən) cəhənnəmə vasil olur, Kufədə yaşayan Əhli-Beyt (ə) davamçıları İmam Hüseynə (ə) məktub yazıb, o Həzrəti (ə) Kufəyə dəvət edirlər. Həbib o kəslərdən idi ki, Kufədə İmama (ə) beyət etmişdir. O, Aşura günü İmamın cəbhəsində şəhid olmuşdur.

Qurani-Kərim elə bir səma Kitabıdır ki, onu Adəm övladı dəyişdirə bilməmişdir və bu Kitabın hər bir ayəsi Allah kəlamı və Allah nurudur. Ona görə də onun əzbərlənməsi insana ancaq fayda və xeyir gətirər. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) da bu bəyənilən əməli yerinə yetirməyə həmişə təşviq etmişdilər.

Ona görə də dünyada hələ ki, fürsətimiz var, Quranı əzbərləyək və onu övladlarımıza öyrədək. Sadaladığımız bu mübarək cərgəyə biz də qoşulaq və Quran hafizlərinin şanlı ənənəsini davam etdirək. Çünki behiştdəki dərəcəmizi müəyyən edən amillərdən biri də məhz Quran olacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930