Dərdlərin dərmanını və çətinliklərin həllini Quranda axtaraq
Mьəllif: admin1
Tarix: 9-01-2022, 12:00
Dərdlərin dərmanını və çətinliklərin həllini Quranda axtaraq
İslamın nəzərinə görə Qurani-Kərim - mədəniyyətin ən dəyərli sərvətidir. Qurandan məhrum olan cəmiyyət hər nə qədər iqtisadi və ictimai cəhətdən inkişaf etsə də, ehtiyacsız olmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “Quran - elə bir sərvətdir ki, onunla yoxsulluq və onsuz sərvət mövcud deyildir”.

İmam Əli (ə) dəfələrlə Quranın bir xəzinə olduğunu vurğulamışdır və müsəlmanları bu sərvətdən qafil olmamağa dəvət etmişdir. Öz müxtəlif dərdlərini onunla müalicə edə biləcəklərini buyurmuşdur. Həzrət (ə) buyurur: “Bilin ki, insan Qurana malik olarsa, yoxsul və onsuz sərvətli olmaz. Ona görə də dərdlərinin dərmanını onda axtarın və çətinliklərinizin həll olması üçün ondan yardım alın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı olmaz ki, Quran hafizi yer əhlindən kimisə özündən zəngin hesab etsin. Hərçənd bütün qitənin maliki olsa belə”.

Həzrət (s) yenə buyurur: “O kəs ki, Allah ona Quran hifzini əta edər, əgər güman etsə ki, kiməsə ondan daha yaxşısı verilmişdir, böyük neməti kiçik hesab etmiş olar”.

İnsanın ağıl və idrak qüvvəsi onun başqa bədən qüvvələri kimi, təbii olaraq qocalan zaman zəifləyər. Bəziləri hətta həyatlarıın son illərində hafizələrini əldən verərlər. İdrakdan bəhrəsiz qalarlar.

Quran bu haqda buyurur: “Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin”. (“Nəhl” 70).

İmam Sadiq (ə) buyurur: “İnsanın ağlı 40 yaşından, 50 yaşından və 60 yaşından sonra güclənər və sonra isə zəifləyər”.

Bunu qeyd etmək lazımdır ki, belə bir hal hamıya şamil edilməz. Belə ki, elə insanlar vardır ki, qocalmalarına baxmayaraq, beyinləri və zehinləri hələ də cavan qalar.

İmam Əli (ə) buyurur: “O zaman ki, aqil qocalar, ağlı cavan qalar. O zaman ki, cahil qocalar, cəhaləti cavanlaşar”.

İmam Baqir (ə) buyurur: “O zaman ki, insanın yaşı artar, ağlı sabit, rəyi möhkəm və cahilliyi az olar”.

Bəli, elm insan ağlını cavan saxlayar. Bəs hansı elm? Bu elmdən biri - Quranı hifz etməkdir.

Quran hafizi elə bir insandır ki, qocalsa belə, zehni hələ də cavan qalar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Quranı toplayar, Allah ölənə qədər onu ağlından bəhrələndirər”.

Quranı toplamaq dedikdə, onu hifz etmək nəzərdə tutulur. Həqiqətdə Quran hafizi İlahi ayələri öz zehnində toplayar.

Bu əməlin bərəkətlərindən biri də budur ki, Quran hafizinin zehni ölənə qədər cavan qalar. Qurani-Kərimi hifz etməyin ilk bərəkəti odur ki, insan Quran mədəniyyəti ilə zənginləşər.

“Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir”. (“İsra” 9).

Quran hafizi hamından daha çox bu qiymətli sərvətdən bəhrələnər və onun xəzinələrindən xəbərdar olar. Quran daim insanları yaxşı işlər görməyə dəvət edər.

“Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

“Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir”. (“Nisa” 134).

Beləliklə, Quran özü bir aləmdir və hər kim bu ailəmə daxil olarsa, həm dünya və həm də axirət saədətinə çatar. Hər kim bu kitabın buyurduqlarına əməl etsə, salehlərin və muxlislərin sırasına qoşular.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930